Aftandil Hacıyev: "Həqiqətən də yeni qaydalardan xəbərim yoxdur"

18.04.2019 | 5964 dəfə oxunub

"Çempionat sona yaxınlaşdıqca həyəcan artır. Bu gün azarkeşlər üçün baxımlı oyun alındı. Bəzi məqamlarda rəqib səhvlərimizdən yararlanmağı bacardı. Oyunda dönüş yaratmaq üçün ilk hissədən sonra Yevgeni Koçuku meydana buraxdıq. Çoxdandır belə ikinci yarı görmürdük. 2 qol vurduq və vacib 3 xal qazandıq“.

Stadium.Az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib. 

O, komandanın ulduz futbolçusu Maykl Essyen barədə də danışıb: "Essyeni hər oyunda meydana buraxmaq istəyirik. Amma istəmirik ki, bir ildir oynamayan futbolçu zədələnsin. Onunla 1,5 illik müqaviləmiz var. Qarşıdakı oyunlarda ondan yararlana biləcəyimizi düşünürəm".

Hacıyev futbolçusu Tome Kitanovskinin qırmızı vərəqə aldığı epizoda da toxunub: "Həqiqətən də yeni qaydalardan xəbərim yoxdur. Ümumiyyətlə, futbolçularımız arasında maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdır. Tome Kitanovskinin oyunundan razı qaldım. Amma əli ilə hakimə sarı vərəqə göstərişi verdi. Açığı, onu əvəzləmək istəyirdim. Deməzdim ki, hər dəfə qol buraxdıqdan sonra qollar vururuq. Amma bu məqam üzərində daha çox dayanmaq lazımdır. Qalan dəqiqələrdə hücumlar edib qollar vurmağımız müsbət məqamdır. Planımızda "Sumqayıt"ı topsuz qoymaq və irəliləyən dəqiqələrdə boşluqlardan yararlanmaq istəyirdik. Hələ avrokubok barədə düşünmək tezdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail