Azərbaycanın olimpiya çempionu çəki dərəcəsini dəyişdi

18.04.2019 | 4602 dəfə oxunub

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov yeni çəki dərəcəsində mübarizə aparacaq.

Stadium.Az xəbər verir ki, bu barədə 27 yaşlı idmançının şəxsi məşqçisi Elçin Zeynalov məlumat verib. Zeynalovun sözlərinə görə, Əsgərovun dünya çempionatında və lisenziya qazanacağı təqdirdə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında 74 kq çəki dərəcəsində çıxış etmə ehtimalı böyükdür: "Hazırda Toğrulun çəkisi 70-71 kq-dır. Buna uyğun olimpiya çəkiləri 65 kq və 74 kq-dır. 65 kq-da yığmanın digər üzvü - 3 qat dünya və Avropa çempionu Hacı Əliyevin çıxış edəcəyi, Əsgərovun isə 74 kq çəkiyə keçəcəyi gözlənilir. Son qərarı isə millinin baş məşqçisi Saypulla Absaidov verəcək".

Təcrübəli mütəxəssis yetirməsinin hazırkı durumu haqqında da danışıb. O, güləşçinin kollektivlə məşqlərə başladığını vurğulayıb: "Absaidovla danışdım. O da idmançının durumunun yaxşı olduğunu dedi. Toğrul söz verib ki, 14 - 22 sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında və Tokio olimpiadasında uğur qazanacaq. Onun mündialda yaxşı nəticə göstərəcəyinə və 2020-ci il Yay Olimpiya Oyunlarında Azərbaycan xalqını sevindirəcəyinə inanıram".

Toğrul Əsgərov zədə səbəbindən Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında iştirak edə bilməyib. 2012-ci il London Olimpiya Oyunlarında 60 kq-da qızıl medal qazanmış güləşçi çəki dərəcələri dəyişdikdən sonra bütün yarışlarda, o cümlədən, "Rio-2016"da 65 kq-da mübarizə aparıb. Əsgərov "Bakı 2015" I Avropa Oyunlarının qalibi, son olimpiadanın isə gümüş mükafatçısı olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail