Tərlan Əhmədov: "Psixoloji cəhətdən komandanı hazırlaya bilmirik"

18.04.2019 | 6383 dəfə oxunub

“Rəqibi təbrik edirəm. Çempionluq yolunda vacib qələbə qazandılar. Etdiyimiz səhvlər bizi məyus edir. İlk qoldan sonra qapıçımızın zədələnməsi yaxşı olmadı. Çünki çox ağır zədə idi. Onsuz da kifayət qədər itkimiz var. Onu da itirmək istəmirik".

Stadium.Az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Qarabağ"a uduzduqları (0:3) oyundan sonra deyib.

“Psixoloji cəhətdən komandanı hazırlaya bilmirik. Oyunda ikinci hissədə baş verənlər bizdə başqa fikirlər formalaşdırır. Hər halda, çalışırıq ki, sonuncu yerdən qurtulaq” - deyə Əhmədov əlavə edib.

Təcrübəli mütəxəssis daha sonra tribunaya göndərilməsi barədə danışıb: “Şahin Zəkiyevə olan zərbəyə etiraz etdim. Daha sonra Kamaraya göstərilən sarı vərəqəyə. Biz də futbol oynamışıq. Orada heç bir sarı vərəqə yox idi. Bu qərarlar niyə verilir, bilmirəm. Bunları araşdıracağıq. Qapıçımıza qarşı qayda pozuntusu var idi. Hakim onu görməli idi və qol qeydə alınmamalı idi. Mitroviç ikinci hissə yorğun görünürdü. Ona görə onu meydandan çıxardım. Nədənsə, son oyunlar buraxdığımız bütün qollar ikinci hissədə olur. Nə baş verir, bilmirəm. Bəzən çox şey fikirləşirik. Başımıza 10-15 fikir gəlir. Niyə biz ancaq ikinci hissədə qollar buraxırıq? Mənim yerimə başqa biri də olsa, ağlına çox fikir gətirər. Bu baxımdan problem yaşayırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail