Qurban Qurbanov: "Belə hesablar dünya futbolunda da olur"

18.04.2019 | 5372 dəfə oxunub

“Oyunçularımı təbrik edirəm. Qalib gəlməklə yanaşı yaxşı oyun göstərdilər. Bəlkə, hesab bizim rahat qalib gəldiyimizi göstərir. Ancaq elə də asan olmadı. "Keşlə" komandası oyunboyu bizə təzyiq göstərdi. Ancaq oyunçularımın mübarizəsindən razıyam". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məqşçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə "Keşlə" ilə keçirilən matçdan (3:0) sonra deyib. 

O, daha sonra komandanın dekabr ayından bu yana qazandığı böyükhesablı qələbələri barədə də danışıb: "Biz özümüzü göstərmək üçün yox, sadəcə işimizi görürük. Hər oyuna peşəkar yanaşırıq. Belə hesablar dünya futbolunda da olur. Ən böyük turnirlərdə belə böyük hesablar qeydə alınır. Dekabra kimi bizdə çox çətin dönəm idi. Bu, həmişə belə olur. Ancaq yenə də hər oyuna yaxşı hazırlanmağa çalışırıq. Bu oyun dediyim kimi heç də asan olmadı. Biz bütün hesablara hazır olmalıyıq. Qətiyyən arxayınlıq olmamalıdır. 

Mövsüm başlayandan rahat oyun olmayıb. Xal itkiləri hər zaman ola bilər. Çempionatda bir komanda çempionluğa, digəri Avroliqaya, bir başqası isə liqada qalmağa oynayır. Ona görə də mütləq çətin olacaq. Və biz hamısına hazır olmalıyıq". 

Təcrübəli mütəxəssis kubokun finalının Naxçıvanda keçiriləcəyi barədə yayılan söz-söhbətlərə belə münasibət bidlirib: "Bu, biz klublara aid olan bir qərar deyil. Mən həmişə deyirəm ki, kubok tamam ayrı bir turnirdir. Hər kəs yaxşı stadionda, yaxşı şəraitdə oynamağı istəyir. Bizim buna etiraz bildirməyimiz doğru olmaz. Hansı qərar verilsə, biz gedib oynamalıyıq. Ola bilsin bölgələrdə futbolun inkişafı üçün bu addımı atırlar. Finala çıxsaq, harda olamağından asılı olmayaq gedib oynacayıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail