Valverde: "Barselona" bu görüşə final kimi baxmalıdır"

07.05.2019 | 4271 dəfə oxunub

"İlk oyunda baş verənlərə baxmayaraq, sabah burada nəyin necə olacağı haqda düşünməliyik. Bir həftə əvvəlki nəticəni fikirləşmək yanlış olar".

Stadium.Az xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinal mərhələsinin "Liverpul"la cavab oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis matça ciddi yanaşmalı olduqlarını söyləyib:

"Barselona" bu görüşə final kimi baxmalıdır. Çətin olacaq, çünki fanatların onların tərəfində olduğunu bilirik. Oyuna nəzarət etmək hər zaman önəmlidir. Ancaq hərdən rəqib sizə narahatlıq yarada bilər. "Liverpul"un sürətli oyunçuları var. Boşluq buraxmamalıyıq".

Valverde "Liverpul"un heyətində Məhəmməd Salah və Roberto Firminonun oynamamasına da münasibət bildirib: "Bütün gücümüzü ortaya qoymalıyıq. Belə oyunlarda zədələrlə məşğul olmaq istəmirik. Əlbəttə, həm Salah, həm də Firmino vacib oyunçulardır. Hər bir məşqçi aparıcı futbolçuların olmamasına görə narahat olur. Bu amil hər zaman vacibdir".

"Barselona"nın çalışdırıcısı sabahkı qarşılaşmada "Liverpul"un qələbə qazanmasını da istisna etməyib: "Qalib gələ bilərlər. Bu mövsüm Premyer Liqada səfərdə cəmi 1 oyunda uduzublar. Düşünürəm ki, meydanda rahat olmayacağıq. "Barselona" - PSJ oyununda hamı fikirləşirdi ki, parislilər səfər qolu sayəsində mərhələni keçəcək. Amma "Barselona" həmin matçda 6 qol vurdu. Bax, buna görə ilk dəqiqələrdən oynamaq lazımdır".

"Liverpul" - "Barselona" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail