AFFA Henrik Mxitaryanın Bakıya gəlməsi üçün onun təhlükəsizliyinə zamin olub

10.05.2019 | 281 dəfə oxunub

AFFA "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirak üçün Azərbaycana gəlişində heç bir problemin olmayacağını UEFA-ya bildirib. 

Stadium.Az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən "TASS" agentliyinə məlumat verilib. 

Məlumatda UEFA-nın digər ölkələrdəki oyunlarına qatılmaq üçün futbolçular üçün viza almaq barədə futbol assosiasiyalarına, klublarına və səfirliklərinə məktub göndərilməsinın standart qayda olduğu bildirilib. 

AFFA UEFA ilə "Arsenal"ın təsdiq tələbinə müsbət cavab verdib və futbolçu üçün heç bir problem olmayacağına, təhlükəsizlik üçün lazımi tədbirlər görüləcəyinə təminat verib.

Mxitaryan bundan əvvəl 2 dəfə - 2015-ci ildə hələ Dortmund "Borussiya"sında çıxış edərkən "Qəbələ", ötən il isə "Qarabağ"la oyunlar üçün Bakıya gələ bilərdi. Ancaq futbolçu təhlükəsizliyi səbəbindən paytaxtımızdakı matçları buraxmalı olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.05.2019

18.05.2019

17.05.2019

16.05.2019

18:36  "Qarabağ" Avstriyaya gedir - Hazırlıq planı açıqlandı

15.05.2019

13.05.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi