"İmarət"dən "Neftçi"yə: "Bu, acizliyin son həddidir"

11.05.2019 | 5156 dəfə oxunub

“Neftçi” Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 28-ci turunda bu gün “Bakcell Arena”da “Qarabağ”la keçiriləcək oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.

Stadium.Az xəbər verir ki, bütün sektorlara bilet qiyməti 50 manat təşkil edir. Bakı klubunun rəhbərliyinin bu addımı heç də birmənalı qarşılanmayıb. “Qarabağ”a azarkeşlik edən “İmarət” azarkeş qrupunun İdarə Heyətinin üzvü Elnur Quliyev yenicag.az-a açıqlamasında bunu acizlik adlandırıb:

“Məsələ ilə bağlı PFL və “Qarabağ”a məlumat vermişik. Hazırda gözləmə mövqeyindəyik. Bu, acizliyin son həddidir. Görünür, “Qarabağ” rəhbərliyi stadion dəyişiminə müsbət cavab vermədiyi üçün belə addım atıblar. Polisə də yalan məlumat veriblər ki, guya təhlükə gözlənilir. Bütün məqsədlər ondan ibarətdir ki, “Qarabağ”ın “Neftçi”nin stadionunda çempionluğu qeyd etməsinə mane olsunlar. Yaxşı olardı ki, öz üzərlərində işləyib, növbəti mövsümü düşünsünlər. “İmarət” dava-dalaşın əleyhinədir. Bütün üzvlərimiz də təlimatlandırılıb. Xüsusi bir atmaca-filan da olmayacaq. Onsuz da il boyu “Neftçi”ni üstələyib, çempion olmuşuq”.

Paytaxt klubunun mövsüm ərzində ev oyunlarında bilet qiyməti VİP yerlərə 5, digər sektorlara isə 1 manat olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail