Ramin Musayev: "Neftçi"nin 50 manata bilet satmasına qarışa bilmərik"

11.05.2019 | 967 dəfə oxunub

Peşəkar Futbool Liqasının prezidenti Ramin Musayev müsahibəsində bu gün Azərbaycan Premyer Liqasınının mövsümdə  sonuncu - 28-ci turunda keçiriləcək "Neftçi" - "Qarabağ"  oyunu ətrafında yaranan ajiotajdan danışıb. O, maraqlı fikirlər səsləndirib:

– Son günlərdə “Neftçi” – “Qarabağ” matçı ətrafında ciddi ajiotaj yaranıb. Əvvəlcə bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı…

– Nə qədər gərginlik olsa, bir o qədər maraqlıdır. Mövsümün son oyunudur. Düzdür, azarkeşlər arasında xoşagəlməz söhbətlər yaranır. Mən deyərdim ki, başqa ölkələrin çempionatlarında daha gərgin oyunlar olur. Gəlin bunlara normal yanaşaq.

– Düşünmürsüz ki, futbolu inkişaf etdirən elə bu cür rəqabətdir, intriqadır?

– Fikrimcə, bu intriqalar növbəti mövsümdə çempionatın daha maraqlı keçməsinə təkan olacaq.

– “Qarabağ” tərəfi sakitdir, amma “Neftçi” rəhbərliyi stadionun dəyişdirilməsi üçün müraciət etmişdi. Bu gün də biletlərin qiymətini qaldırıb…

– Onlar müraciət üçün yox, müzakirə üçün gəlmişdilər. Bu gün “Qarabağ”ı qəbul edən tərəf “Neftçi”dir. Cavabdeh də onlardır. Bakılıların bizdən dəstək alması, müzakirə etməsi xoşagələn haldır. Burada qeydi-adi heç nə yoxdur. Klub rəhbərləri gəlmişdi. Onları bura gətirən səbəb azarkeşlərin “facebook”da bir-birilərinə atmacalar atması, hədə-qorxu gəlmələri idi. Geniş müzakirədən sonra qərar gəldik ki, oyun “Bakcell Arena”da keçirilsin. Azarkeşlər arasında söz-söhbət olmalıdır. Bu, futbolun bir marağıdır. Mən demirəm, bir-birilərini təhqir etsinlər. Mən “Neftçi”də işləyəndə azarkeş sayına görə rekord qırdıq. Ölkə kubokunun 1/4 finalı olsa da, “Xəzər Lənkəran”la matça 24 min azarkeş gəlmişdi. Həmin vaxt Tuyqun Nadirovla danışdıq, bir-birimizə etik çərçivədə atmacalar atdıq. Bu gün o hərəkəti etmək istəyirlər, amma təhqirə keçirlər. Biz də bunun əleyhinəyik. Unutmayaq ki, avrokubok oyunlarında hər iki klubun azarkeşləri bir-birilərinə dəstək olurlar. Mən bunun canlı şahidi olmuşam. Sizin vasitənizlə həmin azarkeşlərə səslənirəm. Klub rəhbərlərinin yerinə olsam, bir-birilərini oyunlarına dəvət edərəm. Onlar 90 dəqiqə rəqibdirlər. O vaxt Mais Mənsimov, Tuyqun Nadirov bizi hakimin final fitindən sonra dəvət edərdi, gedib Lənkəranda ən bahalı restoranda yeyib-içərdik. Bu həmişə qarşılıqlı olub.

– “Neftçi” rəhbərliyi biletin qiymətini 50 manat edib. Sizcə, baha deyil?

– Bu, klubun daxili işidir. Qarışmağa ixtiyarımız yoxdur. Məncə, fikirləşiblər ki, çempionatın son oyunudur. Qarşıdan da Avroliqanın finalı gəlir. Ən ucuz bilet də 60 avrodur. Bunlar da yoxlamaq istəyirlər ki, görək, 50 manata bilet alınır, ya yox?

– Hər halda Azərbaycan Premyer Liqası ilə Avroliqa bir deyil…

– Bilirəm, amma bu oyuna olan maraq heç də final matçından geri qalmır.

– İstənilən halda bu cür addımlar azarkeşləri stadiondan küsdürür. Biz istəyirik stadiona azarkeş gəlsin. Amma reallıqla yanaşsaq, bu gün azarkeşin biletə 50 manat verməyə imkanı yoxdur…

– Sözsüz ki, biz də azarkeşlərin stadiona gəlməsinin tərəfdarıyıq. Amma bizim klubun daxili işinə qarışmağa ixtiyarımız da yoxdur. (yenicag.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.07.2019

10:55  "Çox möhtəşəm bir kluba gəlmişəm" - "Qarabağ"ın yeni transferi

15.07.2019

13:35  Seneqal - Tunisi 1:0 VİDEO

14.07.2019

13.07.2019

11.07.2019

23:05  "Neftçi" qələbə ilə başladı - YENİLƏNİB

21:56  "Səbail" məğlub oldu - YENİLƏNİB

20:39  "Sperantsa" - "Neftçi" -HEYƏTLƏR

19:27  "Səbail" "Krayova" -HEYƏTLƏR

10.07.2019

18:37  "Partizani" - "Qarabağ" -HEYƏTLƏR

02:48  "Qarabağ" son məşqini etdi - FOTOLAR

09.07.2019

11:32  Neymar PSJ-dən ayrılır? - İdman direktoru danışdı

11:29  "Messi bizə hörmətsizlik etdi" - Dani Alveş

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi