Tahir Gözəl: "Kubok Ağdama gedəcək"

12.05.2019 | 5452 dəfə oxunub

"Qarabağ" Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə qazandığı çempionluq kubokunu Ağdama aparacaq.

Bunu klubun vitse-prezidenti Tahir Gözəl Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşündə deyib.

"Neftçi" ilə oyunu izləmək üçün "Bakcell Arena"ya gələn Həsənov matçdan sonra Gözəllə görüşüb. O, çempionluq kubokunu doğma rayonda görmək istədiyini bildirib. Klub rəsmisi isə çempionatın baş mükafatını Ağdama aparacaqlarına söz verib.

Tahir bəy çempionluq barədə fikirlərini də bölüşüb: "Doğrudan da "Qarabağ" klubu adına böyük bir sevinc hissi yaşayıram.

İlk dəfədir ki, Azərbaycanda bir klubu ardıcıl 6 dəfə çempion olur. Bizim əsas hədəfimiz "Qarabağ"ın adını dünyada tanıtmaqdır. Bu məsuliyyət növbəti dəfə bizə verildi. Çempionluq münasibətilə, hörmətli prezidentimizi, xalqımızı, azarkeşlərimizi təbrik edirəm. Hədəfimiz ötən illərdə qazandığımız uğurları təkrarlamaqdır. Bilirsiniz ki, ilk dəfə "Qarabağ" dünya səviyyəli klubları Bakıya gətirdi. Yenə eyni uğurları təkrarlamaq istəyirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail