"Qarabağ" üçün rekord finiş

13.05.2019 | 5339 dəfə oxunub

Azərbaycan çempionu “Qarabağ” Topaz Premyer Liqasındakı uğurlu seriyalarını davam etdirib. Stadium.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri sonuncu – XXVIII turun “Neftçi” ilə oyununda 3:2 hesabı ilə qalib gələrək məğlubiyyətsiz seriyasını 20-yə, ardıcıl qələbə sayını 8-ə yüksəldib.

IX turun ötən il oktyabrın 28-də keçirilən “Neftçi” ilə səfərdəki görüşündə 1:3 hesabı ilə uduzandan sonra “Qarabağ” ardıcıl 20 matçda xal qazanıb. Ağdamlıların son itkisi isə XX tura təsadüf edib. Martın 9-da “Zirə”ylə evdəki qolsuz heç-heçədən sonra Qurbanovun komandası qələbələri sıralayıb.

Bu, klubun tarixində finişdəki ən uzun qələbə seriyasıdır. Mövsümün gedişində daha uzun seriyalara malik “Qarabağ” heç vaxt mövsümü 8 və ya daha çox ardıcıl qələbə ilə başa vurmamışdı. Bunadək rekord 1992-ci ilin göstəricisi idi. Həmin vaxt ağdamlılar son 7 qarşılaşmadan qalib ayrılmışdı. 2005/06 mövsümündə isə finişdə 6 qələbə qeydə alınıb. Ümumiyyətlə isə sonluqdakı qələbə sayında mütləq rekord “Turan”a məxsusdur. Tovuzlular 1993/94 mövsümünün son 14 oyununda qələbə qazanıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail