Emeri: "Mxitaryanı Bakıda oynatmaq istəyirik"

13.05.2019 | 3811 dəfə oxunub

"Bütün futbolçularımızın Bakıda ixtiyarımızda olması üçün əlimizdən gələni edəcəyik. Mxitaryanı oynatmaq istəyirik. O, "Bernli” ilə görüşdə xoş təsir bağışladı”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib. İspaniyalı mütəxəssis Avropa Liqasının Bakıda keçiriləcək final matçında erməni Henrik Mxitaryanında xidmətindən yararlanmaq istəyir: "Bu, siyasi məsələ olduğundan, həllinin necə mümkün olacağını deyə bilmərəm. Əlimdə deyil və vəziyyəti tam başa düşmürəm. Problem iki ölkə arasındadır. Biz əlimizdən gələni edəcəyik. Sadəcə, tək problem bu deyil".

Emeri final oyununun Bakıda keçilməsinə də münasibət bildirib. Məsələyə müsbət yanaşmayan 48 yaşlı mütəxəssis uzun səfərin çətinliyini qeyd edib: "İngiltərəyə yaxın ölkələrdən birində oynamağa üstünlük verərdim. Finalda iki ingilis klubu oynayır. Görüş yaxında olsaydı, hər iki klubun daha çox azarkeşi olardı".

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda"Arsenal"la "Çelsi" qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail