Ayxan Abbasov: "Təəssüf ki, bacarmadıq"

20.05.2019 | 474 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun finalında "Qəbələ"yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Finalın mahiyyətini dərk edirdik. Həftəboyu çalışdım uşaqlar soyuqqanlı olsunlar. Təəssüf ki, ilk 15 dəqiqədə həyəcanlı idik. Qol buraxdıqdan sonra toparlanmağa çalışdıq. Nələrəsə nail olmaq istəyirdik. “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi. Avropaya getmək üçün daha çox iş görmək lazımdır.

- Komandanızdakı inamsızlıq nədən qaynaqlanırdı?

- Futbolçularımızın əksəriyyəti təcrübəsiz idi. Final həyəcanı ən adlı-sanlı klublarda olur. Təəssüf ki, bacarmadıq.

- Qeyd etdiniz ki, gedə də bilərsiniz. Hansı ehtimal daha yüksəkdir, getmək, yoxsa qalmaq?

- Yəqin ki, gedəcəm.

- “Qəbələ” kuboku haqq etdimi?

- Final tək oyundur. “Qəbələ” də Kuboku qazanmaq istəyirdi, biz də. Desəm ki, layiq deyildilər, ədalətsizlik olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.06.2019

12:04  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

25.06.2019

24.06.2019

17:21  Qətər - Argentina - 0:2 VİDEO

23.06.2019

15:18  "Arxayınlaşmaq olmaz" - "Neftçi"nin yeni transferi

22.06.2019

21.06.2019

20.06.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi