"Qarabağ"ın potensial rəqibləri məlum oldu

25.05.2019 | 4746 dəfə oxunub

Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq bütün klubların adı və püşkatmaya qatılacağı səbəti bəlli olub.


Stadium.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindən başlayacaq bütün mümkün rəqibləri məlumdur. Səpələnmişlər sırasında yer alan təmsilçimiz səpələnməmişlər səbətindən bir komanda ilə qarşılaşacaq ki, orda da yalnız ilkin mərhələdən gələcək kollektiv müəyyənləşməyib. Qaydalara görə, I təsnifat mərhələsinin səpələnməmişlər səbətində yer alan Ermənistan çempionu “Pünik” siyasi səbəblərə görə “Qarabağ”a rəqib ola bilməz, səpələnmişlər səbətində yer alan qalan 14 komanda isə potensial rəqibdir: Çempionlar Liqası I təsnifat mərhələsi

Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dandalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç)

Səpələnməmişlər: “Suduva” (Litva), “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “Pünik” (Ermənistan), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan) və ilkin mərhələnin qalibi.


İlkin mərhələ Səpələnmişlər: “Linkoln” (Cəbəllütariq), “Santa Koloma” (Andorra)

Səpələnməmişlər: “Feronikeli” (Kosovo), San-Marino çempionu Avrokuboklarda I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq. Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 9/10 iyul - 16/17 iyul tarixlərində keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail