Yurçeviç: "Müdafiədə oturmayacağıq"

07.06.2019 | 481 dəfə oxunub

Artıq 3 həftədi bir yerdəyik. Son 5 gündə daha 2-3 oyunçu bizə qoşuldu. Futbolda hər şey mümkündür. Erkən qol da buraxa bilərik. Amma neqativ düşünmək istəmirəm. Pozitiv olmalıyıq. Qapımızda ilk qolu görsək, çalışacağıq ki, əvəzini çıxaq. Yaxşı çıxış etmək istəyirik".

Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində sabah Macarıstanla keçiriləcək matç üçün təşkil olunanan mətbuat konfransında deyib. 

 Qapını Səlahət Ağayevə tapşıracağınıza işarə vurmuşdunuz. Emil Balayev yaxşı formada olarkən niyə məhz Səlahətə üstünlük verirsiniz?

- Bu suala cavab vermək çox asandır. Səlahət ilk görüşü yüksək səviyyədə keçirmişdi. Emil də yaxşı qapıçıdır. Amma Səlahətə güvənirik.

- U-21 millimizin dünən seçmə mərhələ çərçivəsində Lixtenşteynə məğlubiyyəti sizə necə təsir etdi?

- Sabahkı oyunumuza bunun təsiri olmayacaq. Mənim üçün ağır məğlubiyyət oldu. Erkən qol futbolçulara mənfi təsir etdi. Amma ümumilikdə komanda oyunu yüksək səviyyədə keçirdi. Topa daha çox sahib idi. U-21 komandamız yaxşı oyunçulara malikdir. Onların gələcəkdə uğurlu çıxış edəcəyinə inanıram.

- Macarıstan hücum futbolu oynayan komandadır. İlk dəqiqələrdə qol buraxsanız, bunun əvəzini çıxmaq nə dərəcədə mümkün olacaq?

- Futbolda hər şey mümkündür. Əlbəttə, qol buraxa bilərik. Amma istərdim pozitiv düşünüm. Sabah yaxşı oyun sərgiləməyə çalışacağıq. İlk qolu buraxsaq, bunun əvəzini çıxmaq üçün əlimizdən gələni edəcəyik.

- Xorvatiya ilə görüşdə millimizin itirəcəyi heç nə yox idi və bu, yaxşı oyun sərgiləməyimizə səbəb oldu. Sabahkı qarşılaşmadan isə hər kəs qələbə gözləyir. Bu amil sizin və oyunçuların üzərində təzyiq yaratmır?

- Əlbəttə, fərqli oyunlardır. Xorvatiya ilə matçdan razı qalmışdım. Komanda kompakt şəkildə çıxış etdi. Sabah evdə oynayacağıq və daha çox hücum etməyə çalışacağıq. Balanslı oyunla çox qol şansları gözləyirəm.

- Start heyətini müəyyənləşdirmisinizmi?

- Xeyr. Çünki yekun qərarı verməmişəm. Həll etməli olduğum bəzi məsələlər var. Xorvatiya ilə oyundakı heyətin 8-9 üzvü meydanda ola bilər.

- Dediniz ki, U-21 yığması düzgün yoldadır. Sizcə, məğlubiyyət düzgün yol deməkdir?

- Məğlubiyyətdən də müsbət məqamlar çıxarmaq olar. Hansı ki, bu gələcəkdə xeyirli ola bilər.

- Macarıstan Bakıya 3 xal üçün gəlir...

- Macarıstan çox güclü komandadır. Bir neçə oyunçuları Bundesliqada çıxış edir. Rəqibə hörmətlə yanaşırıq. Sabah müdafiədə oturmayacağıq. Müdafiə ilə hücum arasında balans yaratmağa çalışacağıq. Müdafiədə Xorvatiyaya qarşı olduğu kimi oynayacağıq. Eyni zamanda hücumda da kəsərli olmaq istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.08.2019

22:03  "Neftçi"dən xal itkisi - Yenilənib

19:40  "Neftçi" - "Sabah" -HEYƏTLƏR

18.08.2019

22:02  "Zirə" məğlubiyyətlə başladı - YENİLƏNİB

19:23  “Səbail” – “Zirə” -HEYƏTLƏR

14:34  "Arsenal" - "Burnley" 1:2 VİDEO

16.08.2019

18:20  “Keşlə” – “Qarabağ” - HEYƏTLƏR

15.08.2019

19:46  "Bney Yehuda" - "Neftçi" - HEYƏTLƏR

11:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.08.2019

12:00  Günün oyununa necə baxaq? - TV AFİŞA

13.08.2019

19:37  "Qarabağ" - APOEL - HEYƏTLƏR

11:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

12.08.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi