"Türkün birləşərək bacarmadığı iş yoxdur" - Şenol Günəş

09.06.2019 | 5095 dəfə oxunub

"Yaxşı nəticəyə ümidli idik. Komandamız həm ümid, həm də xoşbəxtlik vermək üçün buradadır. Bunu həyata keçirmək hamımızı qürurlandırır. Azarkeşlərimiz möhtəşəm idi. Belə atmosferdə oynamaq daha xoş olur".

Stadium.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin seçmə mərhələsində evdə Fransanı məğlub etdikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib. Son dünya çempionları üzərində qələbəni şərh edən təcrübəli mütəxəssis komandasının ulduzların yer aldığı kollektivə qarşı inamlı və intizamlı oynadığını bildirib: "Rəqibimiz güclü olduğu üçün motivasiyamız yerində idi. Dünya ulduzlarının cəmləşdiyi bir komandanı udduq. Onların səviyyəsində deyilik. Biz sadəcə, matçı qazandıq. Hesab fərqli də ola bilərdi. Oyunun əvvəlindən sonuna qədər intizamlı oynadıq. Həyacanımız, coşğumuz normal idi. Keçmiş statistikalar artıq geridə qaldı. Bəli, bu rəqib uzun zamandır uduzmurdu, ancaq hamısı bitdi, bunlar sadəcə söhbətlərdir. Üç xal qazandıq, liderik. İslandiyaya qalib gəlsək və ya heç-heçə etsək, yerimizi qoruyarıq”.

Günəş möhtəşəm azarkeş dəstəyinin sayəsində güclü rəqibə qalib gəldiklərini qeyd edib: "Dünyanın harasında olursa olsun, Türk insanın komanda ilə eyni hissdə olduğunu bilirəm. Dua, qeyrət, ümid – meydanda bir ssenari idi. Azarkeşlərin isti münasibəti, möhtəşəm dəstəyi çox köməyimiz oldu, rəqib təzyiq altına düşdü. Bu, hər zaman belədir. Türkün birləşərək bacarmadığı iş yoxdur. Bu işin idman prinsiplərindən başqa, mental tərəfi də var. İstədiyimiz oyunu göstərə bilsək, hər işi bacaracağımızı düşünürəm. Buna görə də Avropa çempionatına getməliyik. Dünya çempionatına da qatılmalıyıq. Hələ işin başlanğıcındayıq. Bu, bizim ortaq hədəfimiz, xəyalımızdır". Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsində hər üç oyunda qalib gələn Türkiyə millisi 9 xalla qrup lideridir



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail