Yakub Jezniçak "Neftçi"yə keçməməsinə aydınlıq gətirib

13.06.2019 | 5984 dəfə oxunub

"Qarabağ"dan ayrıldıqdan sonra yenidən "Legiya"ya qayıdacağıma ümid edirdim. Bu ehtimal 50 faiz idi. Mən istəyirdim, amma görünür onlar istəmədilər. Müxtəlif yollarla əlaqə qurmağa çalışdım, amma cavab gəlmədi".

Bunu "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak deyib.

Polşa mətbuatına müsahibə verən Plotsk "Visla"sının yeni transferi sevimli komandası "Legiya"ya dönməməsinin səbəbini açıqlayıb. O, "Visla" rəhbərliyinin münasibətinin qərarına təsir etdiyini vurğulayıb: "Başqa təkliflərim də var idi. Amma "Legiya"da olarkən orda idman direktoru kimi çalışan Marek Yojvyakın təkidi ilə "Visla"nı seçdim. Həm də Plotsk təmsilçisinin münasibəti xoşuma gəldi. Bu üzdən "Visla"nın təklifini qəbul etdim".

32 yaşlı mərkəz müdafiəçisi ölkəmizdə keçirdiyi 2 ili xoş xatirələrlə yada salıb: "Qarabağ"da iki əla il keçirdim. Azərbaycan və orda tanış olduğum insanlar haqda pis söz deyə bilmərəm. Futbolu heç də zəif deyil. İki dəfə Azərbaycan çempionu olduq, Çempionlar Liqasının və Avropa Liqasının qrupunda mübarizə apardıq. Orda hər şey gözlədiyimdən də yaxşı oldu. Yeni mədəniyyəti və gözəl Bakını tanıdım. Polşadakıların düşüncəsini dəyişdim. Çoxları oranın üçüncü dünya olduğunu düşünürdü. Ancaq reallıq fərqli mənzərəni üzə çıxardı, Azərbaycanda hər şey yaxşı idi. Hətta fərqli dinlərə inanc da narahatlıq vermirdi, insanlar əcnəbilərə qarşı mülayimdilər. Baş məşqçimiz müsəlman idi. Orda özümü əla hiss edirdim".

Jezniçak "Qarabağ"da ehtiyatda qalmasına da aydınlıq gətirib: "Əslində, "Qarabağ"da qalmaq istəyirdim. Orda yalnız mövsüm başa çatdıqdan sonra kimə yeni müqavilə təklif ediləcəyi bilinir. Bir il əvvəlki vəziyyət təkrarlandığı üçün mənfi qərar gözləyirdim. Mövsümün əvvəlində daha çox oynayırdım, amma qış fasiləsindən sonra fərqli oldu. Bu da limitlə bağlı idi. Məsələn, meydanda mütləq bir nəfər 21 yaşadək oyunçu olmalıdı. Baş məşqçi əcnəbilərin hücum gücündən daha çox yararlanmaq istəyir. "Qarabağ"ın da hücumu güclü idi. Bu səbəbdən mövsümün ikinci yarısında müdafiədə əsasən yerlilər, hücumda isə əcnəbilər çıxış etdi. Onlar mənim yerimə heç kimi gətirməyəcəklər. Çünki 3 yerli müdafiəçiləri var. Ancaq yenə də mənimlə bağlı yaxşı təəssürat yarandı. Mövsümün sonunda "Neftçi"nin baş məşqçisi Roberto Bordin mənim haqqımda soruşub. Ancaq klubun sahibi buna etiraz edib, ikinci yeri tutduqları üçün "Qarabağ"dan heç kimi almayacaqlarını bildirib. Orda keçirdiyim iki il məni xeyli sakitləşdirdi".

Polşa millisinin sabiq üzvü bir ara karyerasını bitirmək düşüncəsində olduğunu da etiraf edib: "Azərbaycandan ayrıldığım xəbəri yayılan kimi, bir neçə təklif aldım. "Visla" mayın sonunda təklif göndərdi. Müəyyən tərəddüdlərim var idi. Çünki başqa ölkələrdən də təkliflər almışdım. Avstraliyadan belə, dəvət oldu. Hətta karyeramı bitirmək barədə də düşünürdüm. Ancaq sonda "Visla"ya üstünlük verdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail