Ramil Şeydayevin transfer qiyməti yüksəlib

15.06.2019 | 5417 dəfə oxunub

Rusiya Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətləri açıqlanıb.

Stadium.Az xəbər verir ki, "transfermarkt.ru" saytının açıqladığı siyahıda millimizin hücumçusu Ramil Şeydayevin də adı var. 22 yaşlı forvardın qiyməti əvvəlki ilə müqayisədə 200 min avro artaraq, 1,2 milyon olub.

Rusiya çempionatında çıxış edən ən bahalı oyunçu isə Moskva SSKA-sının müdafiəçisi Mario Fernandesdir. Braziliya əsilli rus futbolçunun dəyəri 30 milyon avrodur. İkinci yerdə paytaxt klubunun digər üzvü Nikola Vlaşiç (20 milyon), üçüncü pillədə isə "Lokomtiv"in yarımmüdafiəçisi Qjeqoj Krikovyakla "Krasnodar"dan Viktor Klasson (18 milyon) qərarlaşıb.

Ramil ötən ilin yayından "Krılya Sovetov"da çıxış edir. Onu da əlavə edək ki, "Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviçin gələcək taleyinə də aydınlıq gəlib. Samara hökumətinin sədr müavini Aleksandr Fetisov monteneqrolu mütəxəssisin komandada qalacağını açıqlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail