"Londonda Azərbaycanın iki komandası oynasaydı, yenə heç kim şikayətlənməzdi" - UEFA prezidenti

15.06.2019 | 4801 dəfə oxunub

UEFA-nın prezidenti Aleksandr Çeferin İngiltərənin Oksford Universitetində çıxışı zamanı jurnalistlərə açıqlama verib.

Stadium.az “Daily Mail”ə istinadən xəbər verir ki, sloveniyalı futbol funksioneri Avropa Liqasının finalının Bakıda keçirilməsinə narazılıq edən ingilisləri tənqid edib: "Hansı turnirdə ingilis klubları varsa, narazılıq olur. Bununla Avropada futbolun populyarlığına mane olursunuz. Mən UEFA prezidenti seçiləndə də İngiltərədən dəstək almadım. Ancaq 76 faiz səs toplamışdım. "Niyə final matçını Bakıda keçirdiniz" soruşsaydılar, deyərdim ki, orada da insanlar yaşayırlar. Həm də düşüncəli insanlar. Onlar saat fərqi ilə əlaqədar oyunu 23:00-da izləmək məcburiyyətində idi. Lakin heç kim bundan şikayətlənmədi. Londonda Azərbaycanın iki komandası oynasaydı, yenə heç kim şikayətlənməzdi. Onlar gedib heç bir problemsiz oynayardılar. İlyarım əvvəl qərara aldıq ki, Bakıda oynayaq. Orada 70 min nəfərlik müasir stadion var. Hanıs ki, İngiltərədə bundan böyük cəmi bir stadion mövcuddur. Sevdikləri superulduzları canlı izləyən insanların xoşbəxtliyini görərdiniz. Biz futbolu təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə inkişaf etdirməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail