Stiven Jozef-Monroz: "Hədəfim böyükdür"

25.06.2019 | 6202 dəfə oxunub

"Neftçi"nin yeni transferi Stiven Jozef-Monroz klubun rəsmi saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, yeni komandasındakı hədəflərindən danışan fransalı hücumçu adaptasiya və hazırlıq prosesini də dəyərləndirib.

- "Neftçi"dəki hədəflərin nədir?
- "Neftçi" kimi böyük tarixi olan bir kluba gəldiyimə görə çox şadam. Hədəflərim böyükdür. İstərdim ki, "Neftçi"də qazana biləcəyim bütün titullara sahib çıxım, öz oyunumla hücum xəttinə güc qatım. Şəxsi hədəfim bacardığım qədər çoxlu qol vurmaqla komandaya fayda verməkdir.

- Komandaya uyğunlaşa bilirsən?
- Adaptasiya prosesi gözlədiyimdən də yaxşı gedir. Bu da komandadakı yüksək əhval-ruhiyyədən irəli gəlir. Burada əla atmosfer var. Komanda üzvləri məni yaxşı qarşıladılar. Həm də "Neftçi"yə gələnədək bir neçə futbolçu ilə paltardəyişmə otağını bölüşmüşük. Bunlar Rauf Əliyev və Voislav Stankoviçdir. Bundan əlavə, Baqali Dabo ilə 2017/2018 mövsümündə birlikdə oynamışıq, meydanda bir-birimizi çox yaxşı anlayırıq. Üstəlik, gənclərdən ibarət milli komandada bir çıxış etdiyimizə görə Soni Mustivarı da yaxşı tanıyıram.

- Təlim-məşq toplanışı necə gedir? Hazırlıq prosesindən razısan?
- Öz qaydasında davam edir. Düşərgəyə gec qoşulmağıma baxmayaraq, fiziki hazırlıq üzrə məşqçimizlə bir neçə gün fərdi məşqlər keçəndən sonra komanda ilə ümumi hazırlığa qatıldım. Özümü yaxşı hiss edirəm. Məncə, toplanışın sonuna kimi istədiyim formanı tam bərpa edəcəm.

- "Sperantsa" ilə oyundan nə gözləyirsən?
- Baş məşqçinin tapşırığı ilə hazırlığı davam etdiririk. Əvvəlcə məqsədimiz Avropa Liqasına uğurlu başlamaqdır. Rəqibimiz "Sperantsa" haqda çox məlumatım olmasa da, son oyununun bəzi epizodlarını izləmişəm. Məğlub olmaqlarına baxmayaraq, yaxşı oynadılar. Qol epizodlarından istifadə edə bilmədilər. Yaxşı heyəti, legionerləri var. Buna görə də hesab edirəm ki, bizi asan oyun gözləmir. Bizim də gözəl kollektivimiz, güclü futbolçularımız var. Çalışacağıq, səfərdən yaxşı nəticə ilə qayıdaq ki, doğma meydanda, azarkeşlərimizin gözü önündə qalib gəlib mərhələni keçək. Azarkeşlərimizi, bütün "Neftçi" ailəsini sevindirmək üçün əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail