Baş məşqçisi Ramil Şeydayevin debütündən danışıb

04.07.2019 | 6528 dəfə oxunub

“Ramil gənc oyunçudur. Biz onu hələ Rusiyanın gənclər millisindəki çıxışından tanıyırıq. Ötən mövsümü “Krılya Sovetov”da keçirdi və çempionatın sonunda oynamağa başladı”.

Stadium.Az xəbər verir ki, bu sözləri Moskva “Dinamo”sunun baş məşqçisi Dmitri Xoxlov klubun rəsmi saytına açıqlamasında deyib. 

Praqa “Sparta”sı ilə dünən keçirdikləri yoxlama oyununu (1:1) dəyərləndirən mütəxəssis Ramil Şeydayevin “Dinamo”ya keçidindən də danışıb: “İndi yeni komandadadır və yeni tələblər var. Gəlin görək, burada özünü necə göstərəcək. Ancaq bir hücumçu kimi yaxşı göstəriciləri var”.

Xoxlov Şeydayevin “Dinamo”dakı debüt oyununa da toxunub: “Hücumda istədiyimiz fəallığı göstərmədi. Aydın məsələdir ki, hələ komanda yoldaşları arasında qarşılıqlı anlaşma yoxdur. Ancaq düşünürəm ki, uyğunlaşmaq üçün vaxtı var”.

Ramil dünən “Dinamo” ilə 1 illik müqavilə imzalayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail