Rusiya klubunda daha bir azərbaycanlı

07.07.2019 | 3795 dəfə oxunub

Rusiyanın “Ufa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Stadium.Az xəbər verir ki, Başqırdıstanın Premyer Liqadakı təmsilçisi Moskva “Spartak”ının yetirməsi olan 19 yaşlı azərbaycanlı futbolçu Turqay Möhbalıyevi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma müqavilənin müddəti və digər detalları açıqlanmır.

Əslən Naxçıvan şəhərindən olan, Azərbaycanda dünyaya gələn Möhbalıiyev Rusiya vətəndaşlığına malikdir. O, bu ölkənin 19 yaşlılardan ibarət komandasının da əsas üzvüdür. Turqayın hər iki valideyni azərbaycanlıdır. Son 6 ili “Spartak”da keçirən Turqay, geridə qalan mövsümdə Moskva klubunun gənclərdən ibarət komandasında 28 oyuna çıxıb, 2 qola imza atıb. O, Rusiyanın U-19 yığmasının heyətində 4 oyun keçirib.

“Ufa”nın əsas komandasında digər azərbaycanlı futbolçu Azər Əliyev də forma geyinir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

07.08.2020

01:32  "Sevilya" - "Roma" - 2:0 VİDEO

06.08.2020

13:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:29  "İnter" - "Xetafe" - 2:0 VİDEO

05.08.2020

04.08.2020

03.08.2020

02.08.2020

01.08.2020

31.07.2020

30.07.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə