Messi futbolçu karyerasında ikinci dəfə "qırmızı" aldı VİDEO

07.07.2019 | 7178 dəfə oxunub

Argentina millisinin futbolçusu Lionel Messi futbolçu karyerası ərzində ikinci dəfə meydandan qovulub. Stadium.Az xəbər verir ki, bu, Çiliyə qarşı keçirilən Amerika kubokunun bürünc medal uğrunda matçında baş verib.

Belə ki, qarşılaşmanın 37-ci dəqiqəsində 32 yaşlı hücumçu rəqib futbolçu Qari Medellə dava etdiyi üçün baş hakim Mario Dias de Vivara hər iki oyunçuya birbaşa qırmızı vərəqə göstərib. İkili mübarizə zamanı Messi rəqibini arxadan itələyib. Bunun qarşılığında isə Medel başla rəqibinin üzünə zərbə endirib.

Bu, Messinin karyerası ərzində ikinci qırmızı vərəqəsi olub. Bundan əvvəl o, 2005-ci ilə Macarıstanla yoxlama görüşündə meydandan qovulmuşdu.

Messi "Barselona"nın heyətində keçirdiyi heç bir matçda isə qırmızı vərəqə almayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail