Messi: "Bizə qarşı baş verən korrupsiya və hörmətsizliyin bir hissəsi olmamaq üçün medal almaq üçün podiuma getmədim"

07.07.2019 | 2869 dəfə oxunub

Argentinanın futbol üzrə milli komandasının kapitanı, ulduz futbolçu Lionel Messi hakimə etiraz əlaməti olaraq Amerika Kuboku 2019-da qazandıqları bürünc medalı almaqdan imtina edib.

Stadium.Az xəbər verir ki, bu barədə ulduz futbolçu matçdan sonra jurnalistlərə verdiyi müsahibədə deyib:

"Turnir ərzində bizə qarşı baş verən korrupsiya və hörmətsizliyin bir hissəsi olmamaq üçün medal almaq üçün podiuma getmədim. Biz daha yaxşısına layiq idik, lakin bizə finalda oynamağa imkan vermədilər. Korrupsiya və hakimlər insanlara futboldan zövq almağa imkan vermirlər.

Futbol məhv olur. Düzünü demək lazımdır. Braziliya Amerika kubokunu qazanacaqmı? Bununla bağlı şübhəm yoxdur. Təəssüf ki, hər şey Braziliya üçün edilir. Ümid edirəm ki, hakimlər finalda nəyəsə təsir etməyəcək. Peru da mübarizə aparacaq. Ancaq çətin olacaq".

Argentinanın Çilini 2:1 hesabı ilə məğlub edərək, Amerika Kubokunda üçüncü yerə layiq görülüb. Hakim oyunun 37-ci dəqiqəsində isə Messiyə rəqibinə etdiyi kobudluğa görə qırmızı vərəqə göstərərək meydandan qovub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

04.08.2020

03.08.2020

02.08.2020

01.08.2020

31.07.2020

30.07.2020

16:09  "Torino" - "Roma" - 2:3 VİDEO

29.07.2020

11:25  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09:18  "İnter" - "Napoli" - 2:0 VİDEO

27.07.2020

11:06  "Verona" - "Latsio" - 1:5 VİDEO

26.07.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə