Neymar PSJ-dən ayrılır? - İdman direktoru danışdı

09.07.2019 | 5436 dəfə oxunub

PSJ komandanın məşqinə qatılmayan futbolçusu Neymarı sata bilər.

Stadium.az xəbər verir ki, bu barədə klubun yeni idman direktoru Leonardo məlumat verib: "Mən Neymarla danışdım, amma söhbətin bütün detallarını açıqlamaq istəmirəm. Mən, həmçinin onun ətrafı ilə də danışdım. Mövqe hər kəsə aydındır. Amma Neymarın PSJ ilə üç illik müqaviləsi var. Onunla bağlı təklif almadığımız üçün heç nəyi müzakirə edə bilmərik. Oyunçunun klubu tərk etmək istəyi futbolda normal hadisədir Bu, biabırçılıq kimi qəbul edilməməlidir. Futbolçu məşqlərə qoşulmursa, bu, klubun deyil, oyunçunun günahıdır və məsuliyyəti o daşıyır. Neymarla bağlı heç bir təklif almamışıq. Münasib təklif alsaq, futbolçu PSJ-dən ayrıla bilər. Ancaq indi onu kiminsə istəyib-istəmədiyini və hansı qiymətə almağı düşündüyünü bilmirik. Bu, bir günün işi deyil. PSJ yalnız burda qalmaq və böyük işlər görmək istəyən oyunçulara güvənir". 

Neymar klubdan icazə almadan komandanın dünənki məşqinə qatılmayıb. Onunla "Barselona"nın maraqlandığı iddia olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail