"Qarabağ"ın çoxlu oyununu görmüşəm, onları yaxşı tanıyıram"

10.07.2019 | 5053 dəfə oxunub

"Komandamızın çoxlu güclü tərəfi var. Rəqib zəif tərəflərimizi axtarmalıdır. Biz güclü kollektivik, Albaniya çempionuyuq və bununla fəxr edirik. İllərdir birgə çıxış edən komandamız var. Sloveniyadakı hazırlıq dövrümüz yaxşı keçib".

Stadium.Az xəbər verir ki, bunu Albaniya "Partizani"sinin baş məşqçisi Franko Lerda Tiranada "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Azərbaycan təmsilçisinin də güclü olduğunu vurğulayıb: "Rəqibimizin çoxlu oyununu görmüşəm, onları yaxşı tanıyıram. Ardıcıl 6 çempionluq əldə ediblər, İspaniyalı və braziliyalı istedadlı, keyfiyyətli oyunçuları var. Onlar öz güclərinə maksimum hörmətlə yanaşırlar".

Öz güclərinə əmin olduqlarını deyən Lerda bildirib ki, komandasından pozitiv oyun gözləyir. O, nəticənin meydanda görünəcəyini əlavə edib. Əlli iki yaşlı baş məşqçi hazırda ümumi hesabı yox, ilk matçı düşündüklərini diqqətə çatdırıb: "Cavab görüşü bu oyundan asılı olacaq. Ona görə də yalnız ilk matça köklənməliyik.

İyulun 10-da "Selman Stermasi" stadionunda keçiriləcək "Partizani" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail