Aqolli: "Partizani"nin mənim məsləhətimə ehtiyacı yoxdur"

10.07.2019 | 5122 dəfə oxunub

"İlk oyun olduğunu nəzərə alsaq, deyə bilərəm ki, hər iki komanda ehtiyatlı davranacaq. Düşünürəm ki, maraqlı görüş olacaq. Çünki iki ölkənin çempionları qarşılaşacaq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq müdafiəçisi Ansi Aqolli Albaniyanın "TV Klan" telekanalına açıqlamasında deyib. Hazırda ABŞ-ın "Kosmos" klubunda çıxış edən 36 yaşlı futbolçu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah keçiriləcək "Partizani" - "Qarabağ" oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Qarabağ"ın avrokubok təcrübəsi və böyük uğurları var. Fikrimcə, "Partizani"nin mənim məsləhətimə ehtiyacı yoxdur. Onlar özləri də bu komandanın gücünə bələddirlər. Bu, hər hansı səhvin baha başa gələ biləcəyi ideal oyun olacaq".

Aqolli 2010-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.

Qeyd edək ki, "Partizani" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail