Aftandil Hacıyev: "Avrokuboka düşməyin özü "Səbail" üçün uğurdur"

10.07.2019 | 6325 dəfə oxunub

"Bütün klublarımıza, o cümlədən öz komandamıza avrokuboklarda uğurlar arzulayıram. İnanırıq ki, debüt mövsümümüzdə layiqli şəkildə mübarizə aparacağıq. Bizim üçün böyük təcrübə olacaq".

Stadium.Az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Rumıniyanın "Universitatya Krayova" klubuna qarşı keçirəcəkləri ilk matç haqqında danışarkən söyləyib.

38 yaşlı mütəxəssis "ASCO Arena"dakı  mətbuat konfransında rəqibin güclü olduğunu bildirib: "Rəqib haqqında müsbət sözlər deməyə məcburam. Püşk zamanı potensial rəqiblərimizdən ən güclüsü düşdü. Amma ruhdan düşmürük. Az səhv etsək, istədiyimiz oyunu nümayiş etdirə bilərik. Mövsüm bitəndən sonra 11 futbolçu ilə yollarımızı ayırdıq. Bəziləri biz istəməsək də, getdilər. Onların yerinə 6-7 futbolçu cəlb etdik. Hələlik istədiyim rəqabəti komandamda görə bilmirəm. Amma təcrübəli oyunçularımıza güvənirik. Onların təcrübəsindən faydalanacağımza inanırıq. Rəqibin baş məşqçisi yeni olsa da, 6 ildir bu klubdadır. İnanmıram ki, sistemi dəyişələr. Yüksək presinq tətbiq edən futbolçulara malikdirlər. Bunların qarşısını alıb, rəqibi təəccübləndirməyi düşünürük. 11 futbolçumuz getdiyi üçün komplektləşmə gec alındı. Uyğunlaşmaq üçün zaman lazımdır. Hələlik tam istədiyimiz səviyyədə deyil".

Hacıyev deyib ki, avrokubokda debüt etmək onların üzərinə təzyiq yox, məsuliyyət qoyur: "Səbail" 3 ildir yaranıb və Avrokuboka düşməyin özü klub üçün uğurdur. Mövsüm başlamazdan öncə rəhbərliklə danışdıq. Strategiyamızı legionerləri azaldıb yerli oyunçuların sayını artırmaq üzərində qurmağa qərar verdik. Mirabdulla Abbasovun da özünü göstərməsini istərdik. İstədiyimiz nəticə ən azından məğlub olmamaqdır. Bundan sonra səfər matçı haqqında düşünəcəyik. Arxa xətdə səhv etməmək üçün müəyyən planlarımız var. Ən böyük problemimiz qapıdır. Aleksandr Rıbka və Kamal Bayramov zədəlidir. Daniel Bojinovski və ya Elxan Əhmədova şans verəcəyik".

İyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya Krayova” oyunu yerli vaxtla saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail