"Süni örtüklü meydançada oynamağımız bizə əlavə çətinlik yaradacaq"

10.07.2019 | 4978 dəfə oxunub

"Çətin oyun gözləyirik. Bu həm də komandamızın yeni mövsümdə ilk rəsmi matçıdır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Stadium.Az xəbər verir ki, bu sözləri Rumıniyanın "Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure deyib. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Səbail"lə Bakıda keçiriləcək ilk oyunu öncəsi təşkil olunan mətbuat konfransında danışan 45 yaşlı mütəxəssis rəqib haqqında tam məlumat toplaya bilmədiklərini bildirib:

"Süni örtüklü meydançada oynamağımız bizə əlavə çətinlik yaradacaq. Çalışacağıq ki, nəticə bizim üçün müsbət olsun. Hər dəfə rəqib haqqında maksimum məlumat toplamağa çalışırıq. Ancaq bu dəfə çətin oldu. Əlimizdə olan yalnız yoxlama oyunlarının götüntüləridir. Ötən mövsümün matçlarına baxmağı isə düzgün saymıram. Çünki fasilədə dəyişikliklər olur".

Rumıniyalı məşqçinin sözlərinə görə, futbolda məsafənin uzaqlığı problem olmamalıdır: "Uçuşumuz cəmi 2,5 saat çəkdi. Məni daha çox oyun saatındakı isti temepratur narahat edir. Bu iqlimə öyrəşməliyik. Strategiyamız oyundan sonra bəlli olacaq. Favorit göstərilməyimizlə razı deyiləm. Biz hər zaman rəqibə uyğun strategiya seçirik. Rəqibin güclü və ya zəif olmasına baxmırıq".

Papure hələlik start heyətini müəyyənləşdirmədiyini söyləyib: "Səbail" Rumıniyadan bir Erik da Silvanı gətirib. Bunu nəzərə alsaq, onların bizim haqqımızda məlumatı daha çoxdur. Rəqib yox, öz oyunumuz haqqında düşünürəm. Hələlik start heyəti barədə bir söz deyə bilmərəm".

İyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya Krayova” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail