Bordin: "İnanıram ki, matçın sonunda yaxşı nəticəni qeyd edəcəyik" - MÜSAHİBƏ

10.07.2019 | 5630 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda qarşılaşacağı Moldova "Sperantsa"sı ilə oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Sabahkı oyunla bağlı nə deyə bilərsiniz?

- Bir neçə müddətdən sonra Moldovaya qayıtdığıma görə sevinirəm. "Şerif"lə yaxşı uğurlar qazanmışam. Bizi ciddi rəqib gözləyir. Bunu anlayırıq. Ona görə daha erkən gəldik ki, yaxşı hazırlaşa bilək və uyğunlaşaq.

- "Sperantsa"nın prezidenti vurğulayıb ki, rəqiblə fərqimiz odur ki, biz pomidor satırıq, onlar isə neft satırlar...

- Rəqib komandanın prezidentinin dediyi sözlərə şərh vermək istəmirəm. Biz futbol oynamağa gəlmişik. Bunun isə futbola aidiyyəti yoxdur.

- Dabo və Mustivarın olmaması "Neftçi"yə nə qədər təsir edəcək?

- Onlar ilk günlərdən bizimlə məşq eləmirlər. Onlarsız hazırlaşmışıq. Dabonun əvəzinə keyfiyyətli Stiven Monroz var. Hər mövqedə yaxşı oyunçularımız mövcuddur.

- İkinci dəfə "Neftçi"də baş məşqçi kimi Avropa Liqasında mübarizə aparacaqsınız. Birinci dəfəki oyundakı uğursuzluğun yaşanmaması üçün kollektivi oyuna kökləyə bilmisiniz?

- Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq. Onlar fiziki olaraq bizdən üstün ola bilərlər. Çünki Moldovada çempionat davam edir. Biz son bir ayda çox yaxşı hazırlaşmışıq.

- "Neftçi"də yeni oyunçular var. Komanda ilk rəsmi oyunu səfərdə keçirəcək. Bu yeni futbolçular üçün üstünlükdürmü?

- Yeni gələn oyunçular komandaya yaxşı uyğunlaşıblar. Çalışacaqlar ki, gözləntiləri doğrultsunlar və özlərini yaxşı tərəfdən göstərsinlər. Ev və ya səfər oyunu olmasının fərqi yoxdur.

- Sabahkı oyunda hansı nəticə sizi qane edir?

- Əlbəttə ki, məğlub olmamaq. Yaxşı nəticə və qələbə üçün gəlmişik. Amma nəzərə almaq lazımdır ki, Avropa Liqası iki matçdan ibarətdir. Ehtiyatlı davranmalıyıq.

- Roberto Bordin amili "Neftçi' üçün üstünlükdür yoxsa, onu yaxşı tanıyan rəqib üçün?

- Əlbəttə ki, rəqibin baş məşqçisini və oyunçularını yaxşı tanıyıram. Onlar evdə oynayırlar. Bizə qarşı ilk dəqiqələrdə pressinq edə və hücuma can ata bilərlər. Biz isə buna imkan verməməyə çalışacağıq.

- Moldova çempionatını izləyirdinizmi?

- Moldovadan gedəndən sonra çempionatı o dərəcə izləmirəm. Rəqibi təhlil edəndə baxdım. Onlara hörmətlə yanaşıram.

- "Forza Neftçi" azarkeş qrupu neçə km yol qət edərək Moldovaya gəlib. Bu barədə nə deyə bilərsiniz?

- Çalışacağıq ki, gözəl oyun göstərək və azarkeşləri sevindirək. İnanıram ki, matçın sonunda yaxşı nəticəni qeyd edəcəyik. Onlar hər zaman bizim yanımızda olublar və komandanı dəstəkləyiblər. Bu isə bizə motivasiya verir



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail