İspaniya Milli Məhkəməsindən Pikeyə ağır cəza

11.07.2019 | 5158 dəfə oxunub

İspaniya Milli Məhkəməsi "Barselona"nın müdafiəçisi Jerar Pike ilə bağlı qərarını verib. Stadium.Az xəbər verir ki, məhkəmə, 32 yaşlı futbolçunu 2008, 2009 və 2010-cu illərdə imic hüquqlarından əldə olunmuş gəlirlər üzrə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb.

Qərara əsasən, ispan futbolçu 2,3 milyon dollar məbləğində cərimələnib. Son illərdə İspaniyada vergidən yayınma halları ilə bağlı xeyli məşhur futbolçu məhkəməlik olub və günahları sübuta yetirilib.

İndiyə qədər Kriştiano Ronaldo, Lionel Messi, Xames Rodriqes, Radamel Falkao, Anxel Di Maria, Neymar, Xavyer Maskerano, Marselo, İker Kasilyas, Luka Modriç, Aleksis Sançes, Dieqo Kosta və Fabio Koentrao kimi ulduz oyunçular vergidən yayındığı üçün cəzalandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail