"Barselona" Neymar üçün PSJ-yə 130 milyon və 4 futbolçu təklif edir

13.07.2019 | 4549 dəfə oxunub

"Barselona" PSJ-də çıxış edən sabiq futbolçusu Neymarı geri qaytarmaq üçün yeni təklif irəli sürəcək. Stadium.Az xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı hücumçudan ötrü 130 milyon avro ödəməyə hazırdır.

Habelə müqaviləyə komandanın oyunçuları Filippe Koutinyo, Usman Dembele, Nelson Semedu və Samuel Umtiti daxil edilə bilər. "Barselona ödəyəcəyi puldan əlavə, bu oyunçulardan 3-nü seçməyi də təklif edəcək. Daha əvvəl braziliyalı forvardın 2013-2017-ci illərdə çıxış etdiyi keçmiş komandasına dönmək istədiyi xəbərləri yayılıb.

Neymar iki il əvvəl PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir. "Sambaçı" ötən mövsüm 28 oyunda 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail