Azərbaycan futboluna yeni oyun qaydaları tətbiq olunub - SİYAHI

13.07.2019 | 5005 dəfə oxunub

Azərbaycan futbolunda 2019/2020 mövsümünün oyunları qaydalara edilən dəyişikliklərlə keçiriləcək.

Stadium.Az xəbər verir ki, bu barədə "Report"a AFFA Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilov məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqlədiyi yeni oyun qaydaları qarşıdakı mövsümdən tətbiq edilməyə başlayacaq.

Cəlilov artıq hakimlər və hakim-inspektorlarla yanaşı, xüsusən avrokuboklarda çıxış edən ölkə klublarına bununla bağlı seminarların kecirildiyini açıqlayıb: "Yeni dəyişikliklər artıq tətbiq edildiyindən, oyunlar zamanı çətinlik çəkməmələri üçün onlara seminarın kecirilməsi lazim idi. Ümumilikdə, son 4 ildə qaydalara 210 dəyişiklik edilib. Builki dəyişikliklərin əvvəlkilərdən fərqi artıq birbaşa oyuna tesir etmələridir".

Yeni qaydalar bunlardır:

1. Hücum edən komandanın oyunçusunun qol vəziyyəti yaratdığı və qol vurduğu zaman bilərəkdən və ya bilməyərəkdən əllə oynaması qayda pozuntusu sayılacaq;2. Əvəzlənən futbolçu bütün meydan boyu yox, ona yaxın olan yan xətt tərəfdən ehtiyat oyunçular skamyasına yollanmalıdır;3. Hakimlər məşqçilərə qeyri-idman hərəkətinə görə sarı və qırmızı vərəqələr göstərə bilərlər;4. Qapıdan zərbə zamanı topla cərimə meydançası daxilində də oynamaq olar;5. Hücum edən komandanın oyunçuları cərimə zərbəsi zamanı müdafiə edən komandanın canlı səddindən azı bir metr məsafədə olmalıdırlar;6. Penalti yerinə yetirilərkən qolkiperlərin qapı xətti üzərinə ayaqlarından birini qoyması da kifayətdir;7. Bəzi hallarda top baş hakimə dəydikdən sonra "mübahisəli top" təyin olunacaq.

Azərbaycan Premyer Liqası avqustun 16-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail