Azərbaycanda 2019/2020 mövsümünün Əsasnaməsində bir sıra dəyişikliklər edildi

13.07.2019 | 4789 dəfə oxunub

Futbol üzrə 2019/2020 mövsümünün Əsasnaməsində bir sıra dəyişikliklər edilib. Stadium.Az xəbər verir ki, bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) Yarışların Təşkili Departamentinin rəhbəri Elgiz Abbasov məlumat verib.

Onun sözlərinə görə, yenilənən Əsasnamə Avropanın aparıcı futbol ölkələrinin təcrübəsinə uyğun şəkildə tərtib olunub: “Əsasnaməni beynəlxalq təcrübədən yararlanaraq müasirləşdirmişik. Eyni zamanda ötən mövsüm yaşadığımız problemlərlə bağlı qeydlər vardı. Onları da aradan qaldırmışıq. PFL-in İşçi Qrupu Əsasnamə üzərində 40 günə yaxın işləyib. Yenilənmiş Əsasnamə Premyer Liqanın püşkatması zamanı klublara və digər aiddiyatı şəxslərə təqdim olunacaq".

Abbasov bildirib ki, PFL tərəfindən vahid oyun günü proqramı təsdiqlənərək klublara göndərilib: “Artıq klublar oyun günü nəyi nə zaman və necə etməyi dəqiqliklə biləcəklər. Əvvələr müxtəlif suallar ortaya çıxırdı. Məsələn, iclas saat neçədə olacaq, matçın protokolu nə zaman təqdim edilməlidir, stadiona nə vaxt gələk, məşqə nə vaxt çıxaq, qazonu nə vaxt sulayaq və s. Daha bu kimi problemlər olmayacaq. Premyer Liqada olduğu kimi, I Divizionda da futbolçular mövsüm ərzində yalnız bir nömrə altında çıxış edə biləcəklər. Həmçinin I Divizionun oyunları zamanı stadionda diktorun olması tələb kimi qeyd edilib. Əvvəllər bu, tövsiyə xarakteri daşıyırdı”.

Departament rəhbərinin sözlərinə görə, PFL-in yeni bazası formalaşdırılıb: “Baza 3 hissədən ibarətdir. Birincisi, PFL-in öz bazasıdır. Bura futbolçuların müqavilələri, cəza, cərimələri və s. barədə geniş məlumatlar daxildir. İkincisi, oyunların elektron protokolları olacaq. Üçüncü hissə isə klublar üçündür. Artıq klublar heyətlərinə yeni oyunçu cəlb edən zaman PFL-in saytında lazımi məlumatları yerləşdirəcəklər. Biz isə onlara baxaraq qərar verəcəyik: qəbul olunsun, ya yox”.

2019/2020 mövsümünə 16 avqustda Premyer Liqanın açılış oyunu ilə start veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail