Mayk Tayson: "Makqreqor heç vaxt Nurməhəmmədovu məğlub edə bilməyəcək"

13.07.2019 | 7251 dəfə oxunub

“Düşünürəm ki, Makqreqor promonun dahisidir. Həbib ona qalib gəlib, amma yenə döyüşmək istəyirlər”.

Stadium.Az xəbər verir ki, bu sözləri əfsanəvi boksçu Mayk Tayson Ukraynanın paytaxtı Kiyevdə keçirilən mətbuat konfransında MMA-nın UFC versiyası üzrə rusiyalı dünya çempionu Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqoru müqayisə edərkən deyib.

O, Nurməhəmədovun daha güclü olduğunu və Makqreqorun heç vaxt bu rəqibə qalib gələ bilməyəcəyini bildirib: "Ancaq bu görüşün ətrafında ajiotajın səbəbkarı Makqreqordur. Məncə, Makqreqor rəqibinə qalib gələ bilməyəcək. Ümumiyyətlə, o, heç vaxt Nurməhəmmədovu məğlub edə bilməyəcək. Lakin insanlar pul verib bu döyüşü izləməyə razıdırlar. Həbib məğlub edə biləcəyi bu rəqibi ilə döyüş üçün daha çox qazanacaq, nəinki özü səviyyəli biri ilə qarşılaşmada. Belədirsə, niyə onunla 10 dəfə döyüşməsin? Tamaşaçılar lap 10 dəfə də olsa pul ödəyib bu görüşə baxacaq. İndi hər şey marketinqdən asılıdır. Makqreqor da dahidir. Bunu ondan almaq olmaz”.

Nurməhəmmədov ötən ilin oktyabr ayında Las-Veqasda keçirilən döyüşdə Konor Makqreqora qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail