Rəşad Sadıqov "Qarabağ"ın tarixində 9-cu futbolçudur

13.07.2019 | 4977 dəfə oxunub

Ağdamın Qarabağ klubunun futbolçusu Rəşad Sadıqov kapitanı olduğu komandanın heyətində 300-cü oyununu keçirib.

Stadium.Az xəbər verir ki, bu yubiley Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa təsadüf edib.

Partizani ilə Tiranada keçirilən qarşılaşma 37 yaşlı müdafiəçinin Qarabağ-da 300-cü matçı olub. Bunadək Premyer Liqa, Azərbaycan kuboku, Çempionlar Liqası və Avropa Liqasında üst-üstə keçirdiyi 299 oyunda 14 qol vuran “14 nömrə”nin yubileyi 0:0 hesablı heç-heçə ilə başa çatıb. “Qarabağ”da 2009-cu ildə debüt edən R.Sadıqov klub tarixində 300 və daha çox oyun keçirən 9-cu futbolçu olub.

Onadək yalnız 8 oyunçu bunu bacarıb. Peşəkar klub kimi 1987-ci ildə qeydiyyatdan keçən Qarabağ-ın regional turnirlər nəzərə alınmamaqla, rəsmi matçlarda ən çox oyuna çıxan futbolçusu isə Maksim Medvedevdir. Albaniyadakı qarşılaşma onun üçün 405-ci olub. Karyerasını Ağdam klubunda davam etdirən daha bir oyunçu – Qara Qarayev də “300”ü arxada qoyanlar arasındadır. “Doqquzluq”da yeganə legioner Ansi Aqollidir.

Qarabağ-da 300 və daha çox oyun keçirənlər

yerfutbolçuOyun
1.Maksim Medvedev405
2.Müşfiq Hüseynov394
3.Yaşar Hüseynov380
4.Səttar Əliyev369
5.Aslan Kərimov346
6.Elşad Əhmədov339
7.Qara Qarayev320
8.Ansi Aqolli316
9.Rəşad Sadıqov300



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail