"Topaz Futbol Festivalı-2019"un qalibləri məlum olub

16.07.2019 | 4844 dəfə oxunub

Şağan Olimpiya İdman Komleksində mini-futbol üzrə “Topaz Futbol Festivalı 2019”un final mərhələsi keçirilib.

Stadium.az xəbər verir ki, açılış mərasimindən sonra həlledici mərhələyə vəsiqə qazanmış 8 komanda - “Premier Quba”, “Füzuli”, “Xəzər Lənkəran”, “Qax”, “Gəncə Şərab 2”, “Novxanı”, “Xırdalan” və “Sumqayıt-70” komandaları birincilik uğrunda mübarizə aparıb. “Sumqayıt-70” komandası yarışın baş mükafatına sahib olub. “Xırdalan” ikinci, “Füzuli” isə üçüncü yerdə qərarlaşıb. Qalib komandalara kubok, medal, diplomlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub. 

Respublikamızın 7 bölgəsini əhatə edən festivala ümumilikdə 48 komanda, o cümlədən yüzlərlə iştirakçı və onlarla könüllü qatılıb. İki ay davam edən festivalın bütün komandalarının üzvlərinə, hakimlərə, dəvət olunmuş qonaqlara, könüllülərə “Topaz” öz xüsusi hədiyyəsini təqdim edib. Tədbir çərçivəsində müxtəlif viktorinalar keçirilib. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə olunub. Onu da nəzərinizə çatdıraq ki, turnir ənənəvi xarakter daşıyaraq hər il keçiriləcək.​



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail