Roberto Bordin: "Onunla şəxsi problemim yoxdur" - MÜSAHİBƏ

17.07.2019 | 1327 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə Bakıdakı oyundan öncə təşkil olunan bu günki mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- "Sabah bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələrə tez-tez rastlaşırıq. Buna görə də, sabahkı oyuna konsentrasiya olunmuşuq və ciddi hazırlaşmışıq. Arxayınlaşmaq olmaz, maksimum köklənməliyik. "Sperantsa" ilk görüşdə də qol imkanları əldə etmişdi, Səlahət Ağayev bəzi epizodlarda buna imkan verməmişdi. Bəzi anlarda isə zərbələri qeyri-dəqiq olmuşdu. Buna görə də, maksimum köklənməliyik.

- Mərhələ keçəcəyiniz halda, Rusiya "Arsenal" ilə üz-üzə gələcəksiniz. Həmin oyuna qədər yeni transfer gözlənilirmi? Ümumiyyətlə, yeni oyunçuya ehtiyacınız varmı?

- İndi yalnız "Sperantsa" ilə oyunu düşünürük. Bu mərhələni keçdikdən sonra qarşıdakı rəqib haqda danışa bilərik. Hamımız sabahkı oyuna köklənmişik.

- İlk matçda 3 qol vurmusunuz. Cavab görüşündə sizi hansı nəticə qane edəcək?

- İlk matçda olduğu kimi, yenə "bir nömrə" oynamağa çalışacağıq. Əvvəldən sona kimi aqressiv çıxış edib, gözəl nəticə qazanmağa çalışacağıq.

- "Arsenal"la oyunu düşünüb bəzi sirləri gizlədəcəksiniz?

- Bu suala artıq cavab verdim. Bu gün yalnız sabahkı matçı düşünürük.

- Birinci matçda komandanın oyunu sizi qane etdi?

- Mənə əsas komandanın oyuna yanaşması idi. Moldova çempionatı davam etdiyindən, rəqib fiziki cəhətdən bizdən hazırlıqlı ola bilər. Tapşırıq vermişdim ki, matça ciddi yanaşsınlar. Nəticə də necə yanaşdıqlarını göstərir. Komandamdan razı qalmışdım. Yaxşı çıxış etdik, amma bəzi səhvlərimiz də oldu. Hansı ki, rəqib sürətli əks-hücumlarla qapımız qarşısında təhlükəli anlar yaşatmışdı. Çalışacağıq sabah bunu təkrarlamayaq.

- Rəqibin baş məşqçisi oyundan sonra demişdi ki, komandam "Neftçi" kimi qalib gəlsəydi, bir həftə yuxu yatmazdım. Sabah qələbə qazanaraq, rəqib çalışdırıcısının yuxusunu qaçırmaq istəmirsiniz?

- Həmkarıma hörmətlə yanaşıram. Onun sözlərinə şərh vermək, onunla bəhsə girmək istəmirəm. Mənim üçün əsas gözəl oyun göstərməyimiz və qələbə qazanmağımızdır.

- Bəlkə "Şerif"də işləyəndə ona çox qalib gəlmisiniz və buna görə həmkarınız belə ifadə işlədib.

- Onunla şəxsi problemim yoxdur. Onun barədə düşünmürəm də. Yalnız komandam haqda fikirləşirəm. Məncə, sualı onun özünə versəniz, yaxşı olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.01.2020

02:25  "Napoli" - "Latsio" - 1:0 VİDEO

21.01.2020

12:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

20.01.2020

19.01.2020

23:24  "Lecce" - "İnter" - 1:1 VİDEO

12:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:03  "Real" - "Seviliya" - 2:1 VİDEO

18.01.2020

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə