Qurban Qurbanov: "Rəqib qol buraxmamaq üçün hər şey edirdi"

17.07.2019 | 528 dəfə oxunub

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ" Albaniya çempionu "Partizani"nin 2-0 hesablı məğlubiyyətə uğradaraq növbəti mərhələyə yüksəlib

Stadium.az xəbər verir ki, az əvvəl başa çatan oyundan sonra keçirlən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- Futbolçularıma təşəkkür edirəm. Çox səbrli oynadılar. Lazım olan anda hücum etməyi bacarırdılar. Baxımlı oyun oldu. Bəlkə də, ilk tur üçün ən çətin rəqiblərdən biri idi. Rəqib müdafiə olunmaqdan yorulmurdu və bundan həzz alırdı. Sürətli əks-hücumları isə yaxşı alınırdı. Bu gün hər bir futbolçu nəticə qazanmaq üçün maksimum gücünü ortaya qoydu. Azarkeşlərimizə möhtəşəm dəstəyə görə təşəkkür edirəm.

- İlk matçdan sonra komanda ağır olduğuna görə tənqid edilirdi. Bu gün isə çox sürətli oyun alındı. Doğrudan da, düzəlmək üçün 1 həftəmi lazım idi?

- Açığı, mən heç bir tənqidə rast gəlməmişəm. Amma ümumən, komanda hələ ən yaxşı performansından uzaqdı. Hazırlıq prosesindən sonra hər komandada futbolçuların hazırlığı fərqli olur. Bunu görürük, qəbul edirik. Bəzi futbolçular məşqlərə gec qoşuldu, yeni transferlərimiz oldu. Futbolçuların hazırlıq səviyyəsi fərqlidi. Nə qədər məşq etsək də, oyun tamam fərqlidi.

- Növbəti mərhələ üçün son transferlərin hər ikisini sifariş edəcəksiz?

- Yəqin ki.

- Bədavi Hüseynovun durumu nə yerdədi?

- Sual altındadı. Növbəti mərhələdə cavab oyununu da buraxa bilər.

- Mərkəz müdafiəçisi transfer etdəcəksiz?

- Biz legionerlər hesabında komandada futbolçu sayını artırmalı deyilik. Faysal Rerras həm sol, həm sağ cinahda oynaya bilir. Belə də, ehtiyac yaranarsa biz Maksim Medvedevi mərkəzdə oynada bilərik.

- Növbəti rəqibiniz “Dandolk” oldu. Bu rəqib haqda nə deyə bilərsiz?

- Hələ fikir bildirmək tez olar. Daha ətraflı məlumat əldə etdikdən sonra danışmaq olar. Çətin olduğu həmən göründü. Səfər də uzun olacaq. Bu da yorğunluq yaradacaq. Ancaq çalışacağıq ki, maksimum hazır olaq.

- Hər iki matçda bir çox qol imkanı boşa verildi...

- İstərdik ki, həmin epizodlar da qol olsun. Rəqib qol buraxmamaq üçün hər şeyi edirdi. Bəzi epizodlarda topu hətta xəttin üstündən çıxardılar. Bu da futbolun bir hissəsidi.

- Adətən “Qarabağ”ın ifasında daha təmkinli futbol görmüşük. Son iki matçda daha çox hücum etdiz...

- Nə qədər topa sahib olsaq da, hücuma da fikir verməliyik. Bu gün də az topa sahib olmadıq. Son dəqiqələrdə hücumlar daha sürətli alındı deyə, top az müddət bizdə oldu. Rəqib bütün zonaları bağlayırdı, 6-7 futbolçu birəbir mübarizə aparırdı oyunçularımızla. İlk matçda hücumlarımız o qədər də çox olmamışdı. Ancaq doğma meydanda azarkeşlərin də dəstəyilə rəqibi qapısına sıxışdıra bildik.

- Ailtonun ilk oyunundakı performansı necə idi?

- Normal. Ən yaxşı formasından bir qədər uzaqdı. Oyun təcrübəsi də azdı. Ancaq təcrübəsi hiss olundu. Onu kimləsə müqayisə etmək istəmirəm. Hər futbolçudan öz potensialına görə tələbimiz olur. Onun oyunu heç də pis alınmadı. Ancaq daha da yaxşı olmalıdı. Zamanla performansı yüksələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.08.2019

19.08.2019

22:03  "Neftçi"dən xal itkisi - Yenilənib

19:40  "Neftçi" - "Sabah" -HEYƏTLƏR

18.08.2019

22:02  "Zirə" məğlubiyyətlə başladı - YENİLƏNİB

19:23  “Səbail” – “Zirə” -HEYƏTLƏR

14:34  "Arsenal" - "Burnley" 1:2 VİDEO

16.08.2019

18:20  “Keşlə” – “Qarabağ” - HEYƏTLƏR

15.08.2019

19:46  "Bney Yehuda" - "Neftçi" - HEYƏTLƏR

11:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.08.2019

12:00  Günün oyununa necə baxaq? - TV AFİŞA

13.08.2019

19:37  "Qarabağ" - APOEL - HEYƏTLƏR

11:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi