Rəşad Sadıqov: "İkinci mərhələdəki rəqibi hələ yaxşı tanımırıq" - MÜSAHİBƏ

18.07.2019 | 758 dəfə oxunub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının I təsnifat mərhələsində evdə "Partizani"yə 2-0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Birinci oyundan sonra rəqibi daha yaxşı tanıdıq. Belə ssenarini gözləyirdik. Məcbur idik ki, ikinci hissədə sürəti artıraq. Rəqib çox yaxşı müdafiə olunurdu. İkinci hissədə oyunumuz daha yaxşı alındı və qələbə qazandıq. Xatırlamıram ki, ilk mərhələdə hansısa oyunumuz bu qədər rəngarəng alınsın.

- İlk hissədə qol vura bilmədiz. Vaxt keçdikcə həyəcan artırdı?

- Əslində,  qol vaxtında gəldi. Bəlkə, bir az gec olsaydı, həyəcan da olardı. Fasilədə Qurban müəllim dedi ki, tələsməyin, həyəcanlanmayın, 90-cı dəqiqədə də, lap əlavə vaxtda da qol vura bilərik. Hesaba fikir verməyin, oyununuzu oynayın.

- Yeni tansferlər sanki komandada çoxdan çıxış edirlərmiş kimi görünürdü. Komandaya tez uyğunlaşdılar.

- Bu, bizi sevindirir. Amma düşünürəm ki, vaxt keçdikcə bir-birimizə daha yaxşı uyğunlaşacağıq. Bu, elə bir şeydir ki, vaxt lazımdır. Ola bilsin ki, bu gün oyunları yaxşı alındı, sabah alınmadı.

- Düşünmürsünüz ki, rəqibin ən yaxşı qol vəziyyəti ikinci hissədə Vaqnerin qurtarışı idi?

- Bizim də qaçırdığımız qol vəziyyətləri vardı. Onlarda 1 qol epizodu oldusa, bizdə 4-5 100%-lik qol epizodu oldu. Bu, futboldur. Həmin an qol vurulsaydı, qarşıda yenə də 15 dəqiqəmiz vardı. Biz də gözləyirdik. Hazırlaşmışdıq ki, hətta, ola bilər ki, onlar da qol vursun. Çox şeyə hazırlaşırsan, amma meydançada alınacaq, alınmayacaq, bunu bilmirsən.

- Sanki "Partizani" 2-ci mərhələdəki rəqibinizdən güclüdür.

- İkinci mərhələdəki rəqibi hələ yaxşı tanımırıq. Bundan sonra analiz edəcəyik. Paltardəyişmə otağında telefon vasitəsi ilə penaltilər seriyadını izlədik. Rəqibimiz İrlandiya komandası oldu. İlk dəfədir ki, İrlandiya çempionu ilə qarşılaşacağıq. Bizi uzun yol gözləyir. Əminəm ki, bu komanda ilə də ağır oyunlarımız olacaq. Əlimdən gələni edəcəyəm ki, bizim üçün yaxşı olsun.

- Penaltilər seriyasına baxanda, "Riqa" ilə qarşılaşmağınızı daha çox istəyirdiniz?

- Xeyr, mən heç vaxt rəqib seçmirəm. Allaha buraxıram. Hansı məsləhətdirsə, o düşsün.
Əlimdən gələni edəcəyəm ki, bizim üçün yaxşı olsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.08.2019

19.08.2019

22:03  "Neftçi"dən xal itkisi - Yenilənib

19:40  "Neftçi" - "Sabah" -HEYƏTLƏR

18.08.2019

22:02  "Zirə" məğlubiyyətlə başladı - YENİLƏNİB

19:23  “Səbail” – “Zirə” -HEYƏTLƏR

14:34  "Arsenal" - "Burnley" 1:2 VİDEO

16.08.2019

18:20  “Keşlə” – “Qarabağ” - HEYƏTLƏR

15.08.2019

19:46  "Bney Yehuda" - "Neftçi" - HEYƏTLƏR

11:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.08.2019

12:00  Günün oyununa necə baxaq? - TV AFİŞA

13.08.2019

19:37  "Qarabağ" - APOEL - HEYƏTLƏR

11:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi