"Qəbələ"dən 7-ci transfer

19.07.2019 | 2275 dəfə oxunub

“Qəbələ” növbəti transferini gerçəkləşdirib. Stadium.Az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Bauku heyətinə qatan “qırmızı-qaralar” xorvatiyalı futbolçu İvitsa Juniçlə anlaşıb. 31 yaşlı müdafiəçi ilə müqavilə 2019-cu ilin sonuna qədər nəzərdə tutulub.

Arxa xətt oyunçusu peşəkar karyerasına Bosniya və Herseqovinanın “Tomislav” klubunda başlayıb. Juniç ardınca Avstriyada “Singeringer”, “Markt Sankt Martin”, “Donau Lanqenlebarn”, “Austriya-2”, “Mattersburq-2”, “Şteqensbax”, Polşada QKS, Ukraynada “Volın”, “Çernomorets”, Rusiyada “Orenburq” klublarında çıxış edib. Müdafiəçi 2019-cu ilin ilk yarısını Qazaxıstanın “Atırau” komandasında keçirib. O, bu ölkənin çempionatında 18 matçda 2 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.01.2020

02:25  "Napoli" - "Latsio" - 1:0 VİDEO

21.01.2020

12:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

20.01.2020

19.01.2020

23:24  "Lecce" - "İnter" - 1:1 VİDEO

12:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:03  "Real" - "Seviliya" - 2:1 VİDEO

18.01.2020

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə