Prezidentdən idmançılarımıza pul mükafatı - SƏRƏNCAM

20.07.2019 | 4748 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

Stadium.Az “Azərtac”a istinadən xəbər verir ki, Sərəncama əsasən, Tələbələrin XXX Ümumdünya Yay Universiadasında birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə isə 10 min manat məbləğində mükafat müəyyən edilib. Bundan başqa, komandanın baş məşqçisinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat veriləcək.

Universiadada Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail