Zidan açıqladı: Beyl "Real"dan gedir

21.07.2019 | 4349 dəfə oxunub

"Real"ın yarımmüdafiəçisi Qaret Beyl bu yay komandadan ayrılacaq. Stadium.Az "ESPN" nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan Beynəlxalq Çempionlar Kubokunun "Bavariya" ilə oyunundan (1:3) sonra jurnalistlərə açıqlamasında məlumat verib. 

Uelsli futbolçunun Münhen klubuna qarşı oynamamasının səbəbi haqda danışan fransız mütəxəssis bunun 28 yaşlı oyunçunun mümkün gedişi ilə bağlı olduğunu bildirib:

"Beyl oynamadı, çünki komandadan ayrılmağa çox yaxındır. Ümid edirik ki, o, tezliklə gedəcək. Bu, hər iki tərəf üçün də ən yaxşı qərar olacaq. Biz onun başqa komandaya transferi üzərində işləyirik. Mənim onunla şəxsi heç bir problemim yoxdur. Amma artıq lazım olanı etməyin vaxtı çatıb. Qərar verməli, dəyişiklik etməliyəm. Onun gedişi baş məşqçinin qərarıdır. Eyni zamanda, futbolçu özü də komandadakı vəziyyətini başa düşür. Deyə bilmərəm, bu, bir və ya iki sutka çəkəcək, ancaq tezliklə hər şey həllini tapacaq. Bu isə hər iki tərəf üçün yaxşı haldır".

"Real"ın Beylə görə 80 milyon avro təzminat istədiyi bildirilir. Futbolçunun sabiq klubu "Tottenhem"ə keçəcəyi gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail