"Qarabağ”ın bu cəhəti onları digər rəqiblərimizdən üstün edir"

24.07.2019 | 4551 dəfə oxunub

“Həqiqətən çox çətin sınaq olacaq. Oyunda səbirli olmalıyıq. Rəqibin topa daha çox nəzarət edəcəyini başa düşməliyik. Buna uyğun taktika seçməliyik. Bizim də yaxşı hücumçularımız var. Ancaq avrokuboklarda qol vurmağımız problemdir”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Dundalk”ın baş məşqçisi Vinni Pert Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis əvvəlki açıqlamalarında olduğu kimi, bu dəfə də "Qarabağ" haqda müsbət fikirlər söyləyib: "Düşünürəm ki, “Qarabağ” son 6-7 ildə oynadığımız ən yaxşı rəqiblərdən biridir. Onların texniki ustalıqlarını qeyd edərdim. “Qarabağ”ın bu cəhəti onları digər rəqiblərimizdən üstün edir.

Son vaxtlar İrlandiya futbolunda vəziyyət yaxşı deyi. Ötən həftə "Riqa"nı keçməyimiz bizdə nikbinlik yaradıb. Məqsədimiz bunu sabah da davam etdirməkdir. Qalib gəlmək şansımız var. Ancaq çox çətin olacağını bilirik. Səviyyəimizi artırmalıyıq".
 
V.Pert sonda azarkeşlərdən dəstək istəyib: “Əgər ötən həftə uğurumuza görə bizi təbrik edənlər sabah bir yerə yığılsa, kifayət qədər dəstəyimiz olacaq. Bura kiçik şəhərdir. Təxminən 40 min nəfər yaşayır. Ötən həftə bu insanların yarısı bizi dəstəklədi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail