Messiyə 3 aylıq cəza

03.08.2019 | 6056 dəfə oxunub

Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL) Argentina millisinin hücumçusu Lionel Messiyə üç aylıq cəza tətbiq edib.

Stadium.Az xəbər verir ki, bu qərarın verilməsinə futbolçunun Braziliyada keçirilən Amerika kuboku oyunları zamanı onun Cənubi Amerika futbol məmurlarını tənqid etməsi səbəb olub. O, məmurları ev sahibi olan komandanın qalibiyyəti üçün əllərindən gələni etməkdə ittiham edib. Messinin fikrincə, çempionatda hakimlər Argentina millisinə qarşı qərəzli olublar.

Qərarın noyabrın 3-dək qüvvədə olduğu müddətdə Messi milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi matçları buraxmalı olacaq.

"Barselona"nın forvardı həmçinin 50 min dollar məbləğində cərimə ödəməli olacaq.

Daha əvvəl Messi Amerika Kuboku çərçivəsində Çili ilə üçüncü yer uğrunda keçirilən matçda qırmızı vərəqə alması səbəbindən martda DÇ-2022-nin birinci təsnifat mərhələsi oyununu buraxacağı bəlli olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail