Bu gün UEFA Super Kubokunun qalibi bəlli olacaq

14.08.2019 | 5572 dəfə oxunub

Bu gün Türkiyənin İstanbul şəhərində UEFA Super Kuboku uğrunda oyun keçiriləcək. Stadium.Az xəbər verir ki, "Vodafone Park"da İngiltərənin iki təmsilçisi - "Liverpul" və "Çelsi" üz-üzə gələcək.

Ötən mövsüm "Liverpul" "Tottenhem"i 2:0 hesabı ilə üstələyərək Çempionlar Liqasının qalibi olub. "Çelsi" isə Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında "Arsenal"ı darmadağın edib - 4:1.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək.

14 avqust

UEFA Super Kuboku

"Liverpul" - "Çelsi"

Hakimlər: Stefani Frappar (Fransa), Manuela Nikolazi (Fransa), Mişel O Nil (İrlandiya), Cüneyt Çakır (Türkiyə)

VAR hakimi: Kleman Türpen (Fransa)

23:00. "Vodafone Park", İstanbul (Türkiyə).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail