"Qarabağ" Premyer Liqaya qələbə ilə başladı - YENİLƏNİB

16.08.2019 | 6323 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünə start veriləcək. Stadium.Az xəbər verir ki, 8 komandanın iştirakı ilə keçiriləcək sayca 28-ci ölkə çempionatının ilk turu 4 günü əhatə edəcək. 

Açılış matçında son çempion "Qarabağ" ötən mövsümü axırıncı yerdə bitirən "Keşlə"nin qonağı olacaq. Paytaxt təmsilçisinin ev oyunlarını keçirdiyi "ASK Arena"nın süni ot örtüyü dəyişdirildiyi üçün görüş Mərdəkandakı "Dalğa Arena"da baş tutacaq. Komandalar yubiley matçına – 60-cı duelə çıxacaqlar. “Qarabağ” son üç oyunda qələbə qazanıb. 

Qarşılaşma “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. İlk turda keçiriləcək "Qəbələ" - "Sumqayıt" matçı avqustunda 17-də, "Səbail" - "Zirə" görüşü avqustun 18-də, "Neftçi" - "Sabah" oyunu isə avqustun 19-da olacaq. 


Azərbaycan Premyer Liqası

I tur, 16 avqust (cümə)

“Keşlə” – “Qarabağ” 0-1

Qol: İsmayıl İbrahimli 78

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

19:00. “Dalğa Arena”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail