Dabo "Neftçi" azarkeşlərini təhqir etdi

22.08.2019 | 916 dəfə oxunub

"Neftçi”nin futbolçusu Baqali Dabo komandanın azarkeşlərini təhqir edib. Stadium.Az xəbər verir ki, 31 yaşlı hücumçu ilk olaraq, şəxsi “İnstagram” səhifəsinin hekayə bölməsindən “neftchi.baku.fan.page” adlı azarkeş səhifəsi təhqir edib, daha sonra öz fotosunu paylaşaraq azarkeşlərə qeyri-etik cavab yazıb.

Buna səbəb azarkeş səhifəsinin futbolçu haqda tənqidi paylaşımı olub. Dabonun bu qeyri-etik, peşəkar futbolçu adına yaraşmayan davranışı azarkeşlərin haqlı etirazına səbəb olmaqla yanaşı sual yaradır? Elementar tənqidə dözümsüz yanaşan və tənqidə təhqirlə cavab verməklə böyük azarkeş kütləsini təhqir edən futbolçu barədə ölçü götürüləcəkmi? Ümumiyyətlə, "Neftçi" rəhbərliyi legionerlərinə fanatlarla normal rəftar və ünsiyyətin yolunu başa salmalıdır. Unutmayaq ki, belə mədəniyyətsiz, sayğısız davranıpş ilk dəfədir baş vermir. Bir neçə gün əvvəl "Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordin və ukraynalı futbolçusu Kirill Petrov uğursuz çıxışlara görə stadionda istefa şüarı səsləndirən "Neftçi"nin sadiq fanatlarını "əsl azarkeş" saymadıqlarını demişdilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi