Aftandil Hacıyev: "Bu cür şəraitdə futbolçular 2 qələbə qazanıbsa, onları alqışlamaq lazımdır"

24.08.2019 | 1966 dəfə oxunub

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda danışıb:

"Sumqayıtda bu cür izdihamın yaşanması, hər iki komandanın daha çox yerli futbolçulardan olması maraqlı idi. Bərabər səviyyədə oyun oldu. Hər iki tərəfdə səhvlər var idi. Bundan istifadə edən biz olduq. İki hissəni müqayisə edəndə, ilk yarıya yaxşı başlaya bilmədik. Futbolçular ilk  hissədə tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirdilər. Ancaq fasilədən sonra vəziyyət dəyişdi. "Sumqayıt"ın da oyununu qeyd edərdim. Burada yaxşı infrastruktur var. Komandanın öz sözünü deyəcəyinə inanıram. Bu cür şəraitdə 3 xal qazanmağı "Səbail"in lehinə yazmaq olar.  

İki qalibiyyətə görə komandanın özünə gəldiyini demək olmaz. Bizim də problemlərimiz var. Bu cür şəraitdə futbolçular 2 qələbə qazanıbsa, onları alqışlamaq lazımdır.Stabil çıxış etmək üçün güclənməyə ehtiyacımız var. Ancaq bunun üçün maddi imkan yoxdur. Büdcə azaldılıb. Demək olar ki, yarı-yarıya. Sponsorlarla ciddi problemlər yaranıb. Bu büdcəylə futbolçuları qoruyub, saxlamağa çalışırıq. Komandadan gedənlər ola bilər. Rəhbərlik hər futbolçunun qərarına hörmətlə yanaşacağını deyib. Amma komandanı dəyişməyin hansısa futbolçuya müsbət təsir edəcəyini düşünmürəm. Hər komandada çətinlik olur" - deyə o bildirib. 
 
Aftandil Hacıyev söyləyib ki, qarşılarına konkret vəzifə qoyulmayıb: "Rəhbərliyi də başa düşürük. Durum hər an düzələ də bilər, əksinə də ola bilər. Ruhdan düşməyə çalışmırıq. Futbolçular da, biz də durumun düzəlməyini istəyirik.
 
Növbəti tur "Qarabağ"la oynayacağıq. Bu komanda ilə oyunlar həmişə çətin olur. Onlar digər komandalardan 5 baş üstündür. Yaxşı oyun nümayiş etdirmək üçün çalışacağıq. Bundan əvvəlki turda əsasən ehtiyat oyunçularla oynayırdılarsa, bizimlə oyunda əsas heyətlə olacaqlarını düşünürəm. Onlar tək bizdən yox, bütün komandalardan üstündülər. Ancaq bu o demək deyil ki, təslim olacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.02.2020

01:56  "Borussiya" - PSJ - 2:1 VİDEO

18.02.2020

00:18  Ramil Şeydayev "Sabah"da - Rəsmi

17.02.2020

14:16  "Azərbaycanda çox qalmaq istəmirəm" - Ramil Şeydayev

16.02.2020

20:50  "Neftçi" və "Səbail"dən qələbə - YENİLƏNİB

18:27  “Neftçi” - “Keşlə” - HEYƏTLƏR

15:40  “Səbail” - "Qəbələ" - HEYƏTLƏR

15.02.2020

23:30  "Amyen" - PSJ - 4:4 VİDEO

15:54  "Sumqayıt" - "Sabah" - HEYƏTLƏR

14:12  "Qarabağ" - "Zirə" -HEYƏTLƏR

01:35  13-cü duel

13.02.2020

18:51  Hakim Ziyeş "Çelsi"də - Rəsmi

12.02.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ