Zubir: "Transfer haqda danışmaq istəmirəm"

26.08.2019 | 746 dəfə oxunub

"Qarabağ" Azərbaycan Premyer Liqasının II turunda doğma meydanda "Qəbələ"ni 3 cavabsız qolla məğlub etdi. Stadium.Az xəbər verir ki, Ağdam klubunun üçüncü qolununmüəllifi Abdullah Zubir oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Zubir əvvəlcə bu oyun haqda danışıb: 

"Birinci hissədə bir qədər çətin oldu. Amma fasilədən sonra boşluqlar tapdıq və bundan yararlandıq. Bu oyunda uzaq məsafədən qapıya zərbə endirdim və qol oldu. Mən bunu Avrokuboklarda niyə etmirəm? Statistikaya baxsaz görərsiz ki, qapıya kifayət qədər zərbə vururam. Amma bunu yeri gəldi-gəlmədi etmirəm". 

Abdullah Avropa Liqasının "pley-off" oyununda səfərdə məğlub olduqları "Linfild"lə matça da toxunub: "Linfild"lə oyunda vurduğumuz ikinci qol bizə kömək edəcək. Rəqib sadə komanda deyil. Bizim çoxlu sayda qol epizodlarımız oldu. 3:1 daha çətin olardı, amma ümidliyik". 

Son günlər haqqında Fransanın "Genqam" klubuna transferiylə bağlı çıxan xəbərlərə də münasibət bildirin Zubir, bu haqda belə deyib:

"Transfer haqda danışmaq istəmirəm. Bu, komandaların işidi. Mən bu komandada olduğumdan məmnunam. "Qarabağ"la müqaviləm var və bu komandanın oyunçusuyam. "Qarabağ"da oynadığım və bu komandada mübarizə apardığım üçün xoşbəxtəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.09.2019

12:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.09.2019

11:47  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

15.09.2019

23:05  Roberto Bordin: "Buna məcbur idim" - MÜSAHİBƏ

22:35  "Roma" - "Sassuolo" - 4:2 VİDEO

19:44  “Qarabağ” – “Neftçi” -HEYƏTLƏR

17:24  "Keşlə" – “Səbail” -HEYƏTLƏR

11:18  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.09.2019

23:23  PSJ - "Strasburq" - 1:0 VİDEO

19:28  “Sabah” – “Qəbələ” - HEYƏTLƏR

17:27  "Real" - "Levante" - 3:2 VİDEO

17:26  “Sumqayıt” – “Zirə” - HEYƏTLƏR

11:49  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

13.09.2019

12.09.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi