"Zirə"nin futbolçusu üçün əlamətdar ilk

03.09.2019 | 2085 dəfə oxunub

Azərbaycan Premyer Liqasının III turu “Zirə”nin futbolçusu Soni Norde üçün ilklə əlamətdar olub.  Stadium.Az xəbər verir ki, 30 yaşlı hücumçu “qartallar”ın heyətində birinci qoluna imza atıb.

Haitili legionerin qol hesabını açması “Sabah”la oyuna (1:1) təsadüf edib. “Zirə”də cari mövsümdə debüt edən Norde buna 3-cü matçında nail olub.

Soni klubun tarixinə Premyer Liqada qol vuran 36-cı futbolçu kimi düşüb. Haitiliyə qədər buna 35 oyunçu gerçəkləşdirib. Soni cari mövsümdə bu siyahıya düşən ikinci futbolçudu. Ötən turun “Neftçi” ilə qarşılaşmasında (1:0) Cavid Hüseynov ilk dəfə “Zirə” formasında fərqlənmişdi. Hər iki oyunçu ev matçında qol hesabını açıb.

“Zirə”nin bütün turnirlərdə keçirdiyi oyunları nəzərə almaqla Norde klub tarixində qol müəllifi olan 59-cu futbolçudu. Ona qədər Premyer Liqa, I divizion və UEFA Avropa Liqasında ümumilikdə 58 oyunçu rəqib qapısına yol tapmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ